Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ölkədən çıxmasının qarşısı alınıb.
EDnews xəbər verir ki, bu barədə "İrəvan Today" məlumat yayıb.
Zvartnots hava limanındakı hüquq-mühafizə orqanlarının əməkdaşları onun Ermənistan ərazisini tərk etməsinə icazə verməyiblər.
Xatırladaq ki, bir müddət əvvəl ikinci prezidentin ofisi Robert Köçəryanın üç günlük səfərlə Ermənistanı tərk edəcəyi barədə açıqlama vermişdi. Səfərin şəxsi xarakter daşıdığı, uzun müddətdir planlaşdırılırığı və seçkiqabağı iş qrafikinin gərgin olması səbəbindən təxirə salındığı bildirilmişdi.







