ABŞ Prezidenti Donald Tramp G7 sammitində miqrasiya ilə bağlı Britaniya və Avropanı tənqid edəcək.
EDnews xəbər verir ki, bu barədə "Telegraph" yazıb.
"ABŞ prezidenti Donald Tramp qarşıdan gələn Yeddilik Qrupunun (G7) sammitində Böyük Britaniyanın Baş naziri Keir S"tarmeri və onun avropalı həmkarlarını yüksək səviyyəli qanunsuz miqrasiyaya görə tənqid etməyi planlaşdırır", - məlumatda bildirilir.
Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi nəşrə bildirib ki, Avropa ABŞ-yə qanunsuz immiqrasiya üçün tranzit yolu ola bilər.
Qeyd edək ki, Zirvə görüşü 15-17 iyun tarixlərində Fransanın Evian şəhərində (Haute-Savoie) keçiriləcək.







