“Rusiya Qarabağda Krım modelini tətbiq etmək istəyir” Doğacan Başarandan ÖZƏL AÇIQLAMA

“Rusiya Qarabağda Krım modelini tətbiq etmək istəyir” <span class="text-danger">Doğacan Başarandan ÖZƏL AÇIQLAMA</span>

İrəvanda Baş nazir Nikol Paşinyana qarşı təzyiqlər artıb. Belə bir şəraitdə hətta o,  hakimiyyət növbədənkənar parlament seçkilərini çağırmaq qərarına gəlib. Lakin Hazırda Ermənistanda iki qütbün fərqli mübarizəsi gedir: Bir tərəfdən müxalifət Rusiyanın himayəsinə sığınaraq Qarabağ məsələsini gündəmə daşımaq üçün Kremlin nəzərlərini üzərinə cəlb etməyə çalışır, digər  yandan isə Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusu ilə eyni məsələdə Avropa ilə ABŞ-ın müdaxiləsini umur. 

Beləliklə, üzdə Azərbaycan və Türkiyə ilə normal münasibət formalaşdırmaq istəyən erməni Baş nazir daxildəki ona qarşı yaranan sıxma-boğmalardan çəkinməyə başlayır. Nəticədə İrəvan dəfələrlə Azərbaycanın rəyini almasına baxmayaraq, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və çoxdan qapanmış mədəni müxtariyyət mövzusunu yerli-yersiz gündəmə gətirir. 

 ANKASAM-ın beynəlxalq siyasi analitiki Doğacan Başaran məsələ ilə bağlı Ednews-a açıqlaması zamanı  bildirib ki, Paşinyanın İrəvandakı etirazlardan daha çox müxalifətin təzyiqi və təsirinə görə hərəkət edir.

“Hazırki böhranı Paşinyan administrasiyası üçün mümkünsüz problem hesab etmək mübaliğə olardı. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra hərbi memorandumun kölgəsində oxşar hərəkətlərin şahidi olub və erməni xalqının dəstəyi ilə həmin xaotik prosesin öhdəsindən gəlib. Əslində, bu dəstək erməni xalqının işğalçı siyasətdən bezdiyini və regionda normallaşma proseslərini dəstəklədiyini təsdiqlədi. İndiki etirazları daha çox bəzi xarici dövlətlərin maraqlarını müdafiə edən və Qarabağ Klanı kimi qələmə verilən müharibəyönlü siyasətçilər təşkil edir”.

Doğacan Başaran daxildəki gərginliyin Ermənistan hakimiyyətinə ciddi təsir etməyəcəyini bildirib.   

“Daxili gərginlik narahatlıq yaratsa da, hakimiyyəti devirəcək qədər güclü  hərəkat  deyil. Əslində, müxalifət də bu vəziyyətdən xəbərdardır. Çünki əvvəlki etiraz dalğası ilə müqayisədə siyasi cəhətdən qat-qat güclü Paşinyan var. Xüsusilə Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın istefasından sonra Paşinyanın partiyası olan Vaaqn Xaçaturyanın prezident seçilməsi Paşinyanın əlini gücləndirdi. Bu mühitdə nümayişlərin məqsədinin Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını və Türkiyə ilə Ermənistan arasında müsbət addımları sabotaj etmək olduğunu söyləmək olar. Digər tərəfdən, etirazlar Azərbaycan Prezidenti İlham Əliyevin İrəvan administrasiyasının Azərbaycanın beş bəndlik tələbini qəbul etdiyini bəyan etməsindən sonra başlayıb. Ona görə də demək olar ki, regionda normallaşma və əməkdaşlıq proseslərindən, xüsusən də Zəngəzur dəhlizinin açılmasından narahat olan aktyorlar prosesə əngəl olmağa çalışır”. 

Ekspertin fikrincə, Paşinyanın münasibətlərin normallaşdırılmasında atacağı ləng addımlar həm müxalifəti gücləndirə, həm də onun hakimiyyətinin sonunu gətirə bilər.  

"Paşinyanın Azərbaycanla beynəlxalq hüquqa əsaslanan sülh sazişini imzalaması, dəhlizlə bağlı konkret addımların atılması istiqamətində təşəbbüslərlə çıxış edəcəyini göstərə bilər. Əks halda, Paşinyanın ləng addımları İrəvan administrasiyasının etirazlara rəvac verməsinə və danışıqlarda doğru addım atmasına mane olmasına səbəb ola bilər. Bu, isə müxalifəti gücləndirəcək”. 

Türkiyəli ekspert bundan əlavə, Rusiyanın Ermənistan müxalifətinə dəstək olaraq Qarabağ məsələsinə müdaxilə etməsi ilə bağlı da fikir bildirib. 

“Rusiyanın Qarabağdakı ermənilərə pasport payladığı məlumdur. Bu vəziyyət 2014-cü ildə Krımın beynəlxalq hüquqa zidd olaraq ilhaqı nümunəsini xatırladır. Bununla belə, coğrafiyalar və güc balansları tamamilə fərqlidir. Çünki Azərbaycan öz xarici siyasətini güc mərkəzləri arasında balansı müşahidə edən çoxşaxəli diplomatiya anlayışı üzərində qurur. Bu, Azərbaycanın güclü və müstəqil dövlət kimi beynəlxalq siyasətdə çəkisini mərkəzləşdirir. Ona görə də burada Krımın aqibətinin baş verməsi ehtimalı azdır. Üstəlik, türk ölçüsü də var. Azərbaycan və Türkiyə Şuşa bəyannaməsi ilə ortaq strateji məqsədlərə malik olduqlarını nümayiş etdirdilər. Bəyannamədə silahlı qüvvələr ümumi maraqların müdafiəsi üçün birgə fəaliyyət, suverenlik və ərazi bütövlüyü kimi milli maraqlara əsaslanan məsələlərdə köməklik göstərmək, sabitlik və sülhün təmin edilməsi üçün təhlükəsizlik problemlərinin həlli barədə birgə səylər göstərmək çərçivəsində əlaqələndirilir. Belə bir güc balansı olduğu halda, Rusiyanın Krım nümunəsini regionda həyata keçirməyə çalışması çətin görünür. Moskva administrasiyası artıq Ukrayna müharibəsinə fokuslanıb və cəbhədə gedişatın Rusiya üçün heç də uğurlu olduğunu demək olmaz”.

Sonda Doğacan Başaran Ermənistanın Qarabağ məsələsində mədəni muxtariyyət statusu tələbini irəli sürməklə həm Türkiyə, həm də Azərbaycanla münasibətlərə xələl gətirə bilməsi ilə bağlı mülahizələrini ifadə edib.   

“İrəvan administrasiyasının belə bir cəhd edəcəyini düşünmürəm. Qeyd olunan tələb daha çox işğalçı erməni millətçiləri tərəfindən səsləndirilir. Lakin işğal Ermənistanın uzun illər beynəlxalq aləmdən təcrid olunmasına səbəb olub. Bu, erməni xalqının yoxsullaşmasından başqa heç nə ilə nəticələnmədi. Ona görə də Paşinyan bu vəziyyətdən xəbərdardır. Ermənistan lideri istəyir ki, ölkəsi Qərbə inteqrasiya etsin və təcriddən xilas olsun. Beləliklə, o, Ermənistana investisiya cəlb edə biləcəyini düşünür. Əslində, əgər regionda normallaşma və sülh prosesləri düzgün işləsə, Ermənistanın Cənubi Asiya-Mərkəzi Asiya-Xəzər dənizi-Qafqaz-Türkiyə-Avropa marşrutu daxil olmaqla dəhlizlərdə mühüm mərkəzə çevrilmək imkanı əldə edə bilər. Bu, erməni icmasının rifahına müsbət təsir edə bilər. Yəni regionda normallaşma proseslərinə ən çox ehtiyacı olan ölkə Ermənistandır. Belə bir şəraitdə Paşinyanın prosesləri sabotaj edəcək addımlar atması rasional görünmür. Bununla belə, Ermənistan bürokratiyasında, ordusunda və diplomatiyasında bəzi nüfuzlu sektorların regionda əməkdaşlıq proseslərini qızışdırmaq üçün təşəbbüs göstərməsi təəccüblü deyil. Məhz etiraz aksiyaları və atəşkəsin pozulması kimi hadisələr bunun göstəricisidir”.

Elnur Ənvəroğlu

Xəbər xətti

Tramp İran sazişi ilə bağlı Cenevrəyə gedib
19:19
Aİ rəhbəri: "Bu halda İrana qarşı sanksiyalar aradan qaldırıla bilər"
18:51
ABŞ-dən İrana yeni mesaj: “Əlimizi uzadırıq”
18:30
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olundu
18:11
Tovuzda bir nəfər suvarma kanalında batıb
18:00
NATO-dan Rusiyaya xəbərdarlıq: “Hər qarış müdafiə olunacaq”
17:55
Yollarda görünüş məhdudlaşacaq
17:39
İran ABŞ ilə memorandum imzaladıqdan sonra neft məhsullarını sata biləcək?
17:25
"Kızılcık şerbeti"nin aktrisası vəfat etdi
17:05
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verdi
16:50
Ağdamda çoban çobanı güllələdi: Ölən var
16:21
Bakıda tarixi bina sökülüb? - RƏSMİ AÇIQLAMA
16:11
Zelenski Putinə GÖRÜŞ TƏKLİF ETDİ
16:00
Şuşadan yüksələn qardaşlıq salnaməsi: Müttəfiqliyin 5 ili
15:55
Dünya liderləri Fransada toplaşır: G7 sammitində əsas mövzular açıqlandı
15:34
Bu ölkədə seçkilər zamanı internet söndürüləcək
15:24
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib
15:14
“Ermənilərlə düşmənçilik sonsuz davam edə bilməz” – Xalq artisti
14:59
Brilliant Dadaşova: “Toylarımızda “Vağzalı” sıradan çıxır”
14:46
Köçəryan Azərbaycana TƏHVİL VERİLƏCƏK? - SENSASİON MƏLUMAT AÇIQLANDI
14:16
Trampdan İrana Xəbərdarlıq
13:56
“Cənubi Qafqaz real sülhə heç vaxt bu qədər yaxın olmayıb”
13:41
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
13:31
Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək
13:21
ABŞ–İran razılaşması UZUNÖMÜRLÜ OLMAYACAQ- ŞOK AÇIQLAMA
13:00
Sabah havanın temperaturu yüksələcək
12:56
Pakistan ABŞ-İran razılaşmasına ev sahibliyi edəcək
12:46
Rusiyanın Kiyevə hücumunda tarixi MONASTIR YANDI
12:27
Zelenskidən ÇAĞIRIŞ: “Ukraynaya daha çox hava müdafiəsi lazımdır”
12:20
ABŞ-də faciəvi qəza: HƏLAK OLANLAR VAR
12:15
Böyük Britaniya uşaqlar üçün sosial mediaya çıxışı qadağan edir
12:09
“15 iyun Azərbaycanın dövlətçilik tarixinə gələcəyin rəmzi kimi yazılıb” - MİLLƏT VƏKİLİ
11:59
Azərbaycan XİN-dən ABŞ və İran razılaşmasına münasibət
11:55
SON DƏQİQƏ! Flora Kərimovanın vəziyyəti ağırlaşıb? - Qızı xaricdən gəldi...
11:43
İsrail İranla razılaşmaya baxmayaraq Livandan çəkilmir
11:20
Rusiya Ukrayna şəhərlərinə kütləvi zərbələr endirib: ölən və yaralananlar var
11:12
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda göndəriləcək
11:00
Bloqerin bacısı avtoqəzada həlak olub
10:57
Neft qiymətləri KƏSKİN UCUZLAŞDI
10:50
Şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
10:41
Tehran: “ABŞ üzərində qələbə qazandıq”
10:35
Aİ ABŞ-İran sazişinə münasibət bildirib
10:29
Türkiyənin Azərbaycandakı Səfirliyi Şuşa bəyannaməsi ilə bağlı paylaşım edib
10:26
Ağır qəza: Bir ailə xəstəxanalıq oldu
10:20
Pakistan Prezidenti ABŞ və İran razılaşmasına münasibət bildirib
10:16
Qətərdən ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA
10:06
Rıbinskdə sənaye obyektində YANĞIN DAVAM EDIR / VİDEO
09:58
Avtomobil 67 yaşlı kişini vuraraq öldürüb
09:55
Türkiyə səfirliyi Azərbaycana təbrik
09:49
Prezident: Bakı regionda sülh və sabitliyin möhkəmlənməsinə sadiqdir
09:39
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
09:30
Başı stadionun dəmirləri arasında qalan uşaq xilas edildi - Video
09:15
Məleykə Əsədova: “Gecə saat 1-də zəng edib dedilər ki, Heydər Əliyev… ” - MÜSAHİBƏ - VİDEO
09:04
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
08:56
Bürcləri bu gün NƏ GÖZLƏYİR? – Karyera, sevgi və pul mesajları
08:12
Hörmüz boğazı BU TARİXDƏN ETİBARƏN TAM AÇILACAQ
07:43
BMT-nin Baş katibi ABŞ-İran razılaşmasının elan edilməsini alqışlayır
07:28
Son 3 ayın ƏN AŞAĞI GÖSTƏRİCİSİ- “Brent” neftin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI
07:13
Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram
06:34
Konqoda Eboladan ölənlərin sayı HƏR GÜN ARTIR
05:28
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR