Yaxın Şərqdə gərginlik: "Bu qruplar müharibənin davam etməsində maraqlıdır"

Yaxın Şərqdə gərginlik: <span class="text-danger">"Bu qruplar müharibənin davam etməsində maraqlıdır"</span>

Son günlər Yaxın Şərqdə gərginlik yenidən artıb. Dünən axşam İranın İsrailə raket hücumu həyata keçirməsi və İsrailin buna cavab tədbirləri görməsi regionda yeni qarşıdurma ehtimalını gündəmə gətirib. Hərbi obyektlərin hədəfə alınması isə prosesin daha genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyi ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı politoloq Sərdar Cəlaloğlu EDnews-a şərhində qeyd edib ki, hazırkı vəziyyət regionu genişmiqyaslı müharibəyə sürükləməsə də, tərəflər arasında müəyyən gərginlik və təxribat xarakterli addımlar hələ bir müddət davam edə bilər:

photo_383520.jpg

"ABŞ ilə İran arasında hələ tam başa çatmış bir saziş yoxdur. Bu sazişin müəyyən müddəaları ilə Amerika razı deyil, müəyyən müddəaları ilə isə İran razılaşmır. Bu kiçik toqquşmalar, əslində, tərəflərin müəyyən şərtləri qarşı tərəfə qəbul etdirmək məqsədi daşıyan addımlar kimi qiymətləndirilə bilər. İranda hakimiyyət daxilində müxtəlif qrupların mövcud olduğu məlumdur. Müəyyən bir qrup bu müharibədən çıxmağın tərəfdarıdır, digər bir qrup isə əksinə, müharibənin davam etməsində maraqlıdır. Çünki istənilən müharibədə böyük pullar qazanılır. İranın özündə də bu prosesdən pul qazanan şəxslər var və təbii ki, onların marağı müharibənin mümkün qədər davam etməsidir".

Politoloqun sözlərinə görə, ABŞ ilə İran arasında artıq genişmiqyaslı bir müharibə olmayacaq:

"Amerika İranda öz məqsədinə müəyyən mənada çatıb. İran əvvəlki gücündə, potensialında və nüfuzunda deyil. İranın bölgədəki təsiri də xeyli zəifləyib. Bütün bunları nəzərə aldıqda görünür ki, ABŞ-nin daha ciddi və qanlı müharibə aparmasına ehtiyac yoxdur. Hələlik müəyyən insidentlər ola bilər. Müharibə tərəfdarları tərəfindən bu cür təxribat xarakterli addımlar atıla bilər. Lakin əvvəl müşahidə etdiyimiz genişmiqyaslı müharibəyə bənzər proses olmayacaq. ABŞ Konqresi də artıq İranla müharibə məsələsini nəzarət altına götürüb və Trampın müəyyən səlahiyyətlərini məhdudlaşdırıb. Eyni zamanda, İranla Amerika bir çox şərtlər üzrə artıq razılığa gəlib".

Sözügedən münaqişədə Türkiyənin roluna gəlincə isə politoloq vurğulayıb ki, İranda başlayan hadisələr Türkiyəyə iki aspektdən mənfi təsir edir:

"Birincisi, enerji daşıyıcılarının qiymətinin qalxmasıdır. Türkiyədə onsuz da ciddi inflyasiya problemi var və bu vəziyyət ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər. İkincisi, həm İranda, həm də Türkiyədə kürd faktorunun fəallaşması məsələsidir. Kürdlərin silahlandırılması Türkiyənin təhlükəsizliyi baxımından ciddi təhlükə yaradır. Digər tərəfdən, müharibənin yenidən alovlanması miqrasiya proseslərini də sürətləndirə bilər. İranda yaşayan böyük insan kütlələri Türkiyəyə doğru hərəkət edə bilər. Biz bunu daha əvvəl Suriyada və İraqda gördük".

Sərdar Cəlaloğlu onu da əlavə edib ki, Türkiyə İranda baş verən hadisələrə laqeyd qala bilməz. Çünki bu bölgədə ən ciddi strateji və geosiyasi maraqları olan dövlətlərdən biri Türkiyədir:

"Türkiyə regional gücdən daha böyük gücə çevrilmək istəyir. Bunun üçün isə iqtisadi inkişaf, sabitlik və bölgədə təhlükəsizlik lazımdır. İran Türkiyə ilə qonşu, eyni zamanda müsəlman dövlətdir. İslam Əməkdaşlıq Təşkilatında Türkiyə ilə birlikdə təmsil olunur. Digər tərəfdən, ABŞ də Türkiyənin strateji müttəfiqidir. Hər iki ölkə NATO çərçivəsində tərəfdaşdır. Belə olan halda isə Türkiyə üçün hər iki tərəflə münasibətlər olduqca vacibdir. Amma bu iki dövlət arasında müharibə və ya ciddi toqquşma yaranarsa, Türkiyə çətin seçim qarşısında qala bilər. Ona görə də İranla ABŞ-nin və ya İsraillə İranın toqquşması Türkiyə üçün strateji baxımdan arzuolunan deyil. Bu, Azərbaycan üçün də strateji risklər yarada bilər".

Aytac Kərimova | EDnews 

Xəbər xətti

Kremlin növbəti FİASKOSU: Rusiya Ermənistanı DA İTİRDİ!
18:00
İranda bütün uçuşlar ləğv edildi
17:50
Prezident yeni fərman imzaladı
17:40
Ermənistanın siyasi kursu necə dəyişəcək ? - RƏY
17:30
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi
17:25
Bayramov, Fidan və Boçorişvili İstanbulda birgə sənəd imzaladı
17:15
Si Cinpin 7 ildən sonra Şimali Koreyaya səfər etdi
17:06
İsrail Trampın xahişi ilə İrana zərbələri dayandırır
16:42
Yaxın Şərqdə gərginlik: "Bu qruplar müharibənin davam etməsində maraqlıdır"
16:38
Fidan: “Azərbaycan və Ermənistanın iradəsi region üçün yeni fürsətlər açır”
16:35
İsrail ordusu Livanın cənubuna zərbə endirdi
16:27
Şuşadakı abidələrin köçürülməsi qadağan edilir
16:10
Temu, Shein və AliExpress İran savaşından necə təsirləndi?
16:00
Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü başladı
15:50
İran hava limanlarında uçuşları dayandırdı
15:42
Eldar Əzizovun oğlu yeni vəzifəyə təyin edildi
15:33
Zaxarovadan Ermənistan seçkiləri ilə bağlı sərt açıqlama
15:25
Paşinyanın qələbəsi region üçün nə vəd edir? – ŞƏRH
15:15
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
14:54
MEDİA-da məzun könüllülər ilə görüş keçirildi könüllülər ilə görüş keçirildi
14:37
Goranboyda ağır qəza: 2 nəfər öldü, yaralılar var
14:30
Tramp İsrail və İrana XƏBƏRDARLIQ ETDİ
14:24
Sabah bəzi yerlərdə yağış və dolu gözlənilir
14:10
İsrail ordusu: "İranla döyüşlər bir neçə gün davam edə bilər"
14:02
Azərbaycanda bir günə rekord evlilik qeydə alınıb - RƏSMİ
13:56
Ermənistan SEÇİMİNİ ETDİ: Paşinyanın aqibəti necə olacaq?
13:55
8-ci mərtəbədən yıxılan UŞAĞIN SON DURUMU AÇIQLANDI
13:54
Ruslan Quliyev vəfat etdi
13:48
“Toplum TV” işi üzrə prokuror 9 nəfərə ağır cəza istədi
13:40
Paşinyanın yeni hökumətində KİMLƏR OLACAQ? – AÇIQLANDI
13:30
Maliyyə Nazirliyi büdcə göstəricilərini açıqladı
13:21
İrandan sərt xəbərdarlıq: “Enerji obyektlərimiz vurularsa...”
13:13
Filippində zəlzələ qurbanlarının sayı artmağa davam edir
13:08
Bakı Konqres Mərkəzi yaxınlığında yeni layihə başlayır
12:59
Vaşinqton Bakı üçün erməni əsilli səfir seçib?
12:50
Bu məşhur hospital CƏRİMƏLƏNDİ
12:43
Tehranda partlayış səsləri eşidildi
12:33
Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq
12:14
Məktəblərdə “TikTok”a giriş bloklanıb
12:06
DSMF ailə başçısını itirən şəxslərlə bağlı statistikanı açıqladı
11:56
Uşaqlar sosial şəbəkələrdən uzaqlaşdırılır?
11:44
Ermənistanda parlamentə namizəd saxlanıldı
11:38
Kiyev-Varşava xəttində gərginlik: Zelenskinin marşrutu dəyişdi
11:32
İran bu ölkələrlə regional gərginliyi müzakirə etdi
11:29
Paşinyan sülh müqaviləsini imzalamaq niyyətindədir
11:25
Seçki günü Ermənistanda baş verən səsvermə pozuntularının sayı açıqlandı
11:19
Azad edilmiş ərazilərdə 149 mina zərərsizləşdirildi
11:15
İran İsrailin iki hərbi bazasına zərbə endirib
11:09
Bakıda faciə: Ata və oğlunun meyiti mənzildə tapıldı
11:05
Robin van Persie “Feyenoord”dan göndərilir? - AÇIQLANDI
10:47
Netanyahu təhlükəsizlik kabinetini toplayır - NƏ BAŞ VERİR?
10:37
NİİM sürücülərə müraciət edib
10:22
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıldı - Paşinyan qalib gəldi
10:17
Səudiyyə Ərəbistanı aviabazada hava həyəcanı elan edib
09:59
Paşinyandan Azərbaycan və Türkiyəyə çağırış
09:41
Filippinin cənubunda güclü zəlzələ baş verib - YENİLƏNİB
09:28
Ceyhun Bayramov İstanbula yola düşüb
09:15
Paşinyan bu bölgədə SEÇKİNİ UDUZDU
01:35
Kərbəlada PUA vurulub
01:24
İran DÖYÜŞ RAKETLƏRİNİ HAZIR VƏZİYYƏTƏ GƏTİRDİ- HƏDƏF SİYAHISI HAZIRDIR
01:17
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR