Ermənilərin çin olmayan ARZUSU: NAXÇIVAN - ARAŞDIRMA

Analitika 11:35 26.09.2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvan Muxtar Respublikasına səfər etdi.

Səfər çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasiminin keçirilməsi və Azərbaycan ilə Türkiyə arasında Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolunun imzalanması nəzərdə tutulsa da, bu görüş dünyaya böyük və vacib mesajlar ötürdü. Ərdoğanın Naxçıvan səfəri əsasən Zəngəzur dəhlizinin açılması üçün böyük əhəmiyyət kəsb edirdi. İki dövlətin bir araya gəlməsi həm də türkün gücünü dünyaya çatdırmaq idi. 
Bəs görüş yeri nə üçün Naxçıvan oldu? Nədir bu Naxçıvanı bu qədər vacib edən xüsusiyyət?

Azərbaycan ərazisi Naxçıvan...

Naxçıvan həmişə strateji əhəmiyyətli bir bölgə olub. Naxçıvanın Qərblə Şərqi birləşdirən Böyük İpək yolunun üzərində yerləşməsi onu həmişə fatehlərin, qüdrətli dövlətlərin siyasi maraqlarının kəsişdiyi və toqquşduğu ünvana çevirib. 1918-20-ci illərdə Azərbaycanın əsas ərazisindən təcrid olunan Naxçıvanın nə qədər gərgin və təzadlı bir dövr yaşadığını belə bir fakt da sübut edir: Qısa müddətdə burada iki xarici dövlətin - ABŞ və İngiltərənin ermənipərəst general-qubernatorluğu fəaliyyət göstərib. Bu o dövr olub ki, Azərbaycan əraziləri hesabına öz dövlətini yaradan ermənilər təkcə əzəli dədə-baba yurdumuz olan Zəngəzuru ələ keçirməklə kifayətlənməyərək Naxçıvana da sahib çıxmaq istəyiblər. Yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin şimalda bolşeviklərin, cənubda ermənilərin hərbi təcavüzündən ehtiyatlanaraq barışdırıcı siyasət yeritməsi, qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməsi də "Böyük Ermənistan" ideyasını hansı yolla olursa-olsun gerçəkləşdirmək istəyən daşnakların əl-qolunu daha da açıb. Belə ağır və məşəqqətli dövrdə də ermənilərin silahlı basqınlarına mərdliklə sinə gərən Naxçıvan əhalisi yeganə xilasını Azərbaycanın tərkibində qalmaqda görüb. Türkiyə (Osmanlı) dövlətinin bu dövrdə siyasi və hərbi cəhətdən göstərdiyi kömək əvəzsiz rol oynayıb.
Moskva və Qars müqavilələri...
Naxçıvanın muxtariyyət məsələsi təkcə döyüş meydanlarında həll olunmayıb. O, eyni zamanda fəal diplomatik və siyasət meydanında müzakirələrə cıxarılıb. Onun siyasi aktuallığını belə bir fakt da təsdiq edir ki, bu məsələ 1919-cu ildə bir neçə dəfə Zaqafqaziya seymində, 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin, Türkiyə Respublikasının və Ermənistanın milli şuralarında və parlamentlərində, 1919-cu ildə Versal Sülh Konfransında, sovet hakimiyyətinin ilk illərində Azərbaycan və Ermənistan inqilab komitələrində, Rusiya Xalq Komissarları Sovetində, 1921-ci il martın 16-da isə Rusiya Kommunist Bolşeviklər Partiyasının Siyasi Bürosunda müzakirə obyektinə çevrilib.
Naxçıvan məsələsi yalnız 1921-ci ildə imzalanmış iki beynəlxalq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapa bilib. Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də 1918-1921-ci illərdə Naxçıvanın yadelli düşmənlərdən qorunmasında böyük uzaqgörənlik nümunəsi göstərib. 

"Naxçıvan türk dünyasının qapısıdır" - deyən böyük öndər öz ölkəsinin çətin durumda, erməni daşnakları ilə mübarizəyə kömək məqsədilə Kazım Qarabəkir paşanın rəhbərliyi altında Naxçıvana böyük ordu göndərib. Onların köməyi ilə tayqulaq Andranikin rəhbərlik etdiyi daşnak yaraqlıları qovulub. 1921-ci il oktyabrın 13-də isə Qarsda Cənubi Qafqazın sovet respublikaları ilə Türkiyə hökuməti arasında, sovet Rusiyasının iştirakı ilə imzalanan beynəlxalq müqavilədə Naxçıvanın muxtariyyət məsələsi öz əksini tapıb. Həmin müqavilənin beşinci maddəsində göstərilib ki, "Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin 3-cü əlavəsində göstərilən sərhəd daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməyə razıdırlar". Müqavilənin fəaliyyət müddəti də məhdudlaşdırılmayıb. O, bu gün də qüvvədədir. Türkiyə dövləti də tarixin bütün məqamlarında öz sözünün üstündə durmağa çalışıb.

Naxçıvanın strateji əhəmiyyəti

Azərbaycan öz müstəqilliyini bərpa etdiyi gündən etibarən də, Türkiyənin rəhbərləri - əsasən S.Demirel və R.T.Ərdoğan tərəfindən Naxçıvan ərazisinin önəmi bildirilib, bura dəfələrlə səfərlər təşkil edilib. 1992 – ci ildə “Sədərək-Dilucu” körpüsünün açılışı, 2008 – ci ildə Ərdoğanın baş nazir kimi bura səfəri və.s. İstər təkbətək, istərsə də geniş tərkibdə keçirilən görüşlərdə iki dövlət arasında dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq duyulub.
Ötən gün keçirilən görüş də çox mühüm siyasi mesaj verən bir görüş olub. Mövcud şəraitdə cərəyan edən hadisələrə nəzər yetirsək bunu görə bilərik. İğdır-Naxçıvan təbii qaz kəməri, Qars-Naxçıvan dəmir yolu layihəsi  kimi mühüm planların mərasimdə müzakirə edilməsi və bu yöndə müqavilələr imzalanması, Naxçıvanın həm iqtisadi inkişafına, həm də enerji təminatına ciddi təsir edəcək. Burada hədəf Naxçıvanı blokadadan, izolyasiyadan azad etmək və İrandan aslılığını tamamilə kəsməkdir. 

Naxçıvanın İran asılılığından azadlığı

Eyni zaman da burada mühüm məsələlərdən biri də Zəngəzur dəhlizidir.
Faktiki olaraq 2020-ci ildə II Qarabağ müharibəsindən sonra imzalanan sazişdə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında nəqliyyat marşrutlarının açılması nəzərdə tutulsa da, hələlik bu istiqamətdə irəliləyiş yoxdur.
Müvafiq məqalədə “Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılacaq. Ermənistan Respublikası; “İnsanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir”.

Mətndə “Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın Qərb rayonları ilə birləşdirən yeni nəqliyyat qovşaqlarının tikintisi həyata keçiriləcək” cümləsi də yer alıb.

Bu dəhliz Naxçıvanı Azərbaycanın qərbinə birləşdirəcək, daha geniş mənada Azərbaycanı Türkiyə ilə birbaşa əlaqələndirmək məqsədi daşıyır. Sözsüz ki, açılacaq dəhliz sayəsində iqtisadi maraqları olan dünya ölkələrinin,  Ermənistan Respublikasının da (öz istəyi çərçivəsində) buradan özünə mənafe qazanmaq şansı vardır. Qısaca “qalib – qalib” situasiyasıdır.

Əkbər Novruz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı