Bakının işğaldan azad edilməsinə söz ardı...

Yazarlar 12:03 15.09.2022

1918-ci ilin may ayında istiqlaliyyətini yenicə elan edən şərqin ilk demokratik respublikasında Bakı da daxil olmaqla, ətraf bölgələr və ölkə ərazisinin bir hissəsi hələ də erməni-bolşevikləri nəzarəti altında idi. Nə milli ordusu, nə də silah-sursatı olan istiqlalının tumurcaqları yenicə çiçək açan gənc dövlətin qardaş dayağına, dost harayına ehtiyacı var idi. Məhz bu səbəbdəndir ki, Cümhuriyyət müvəqqəti olaraq Gəncəyə köçürülür. Süquta uğrasa da Bakı nefti uğrunda mübarizədən əl çəkməyən Rusiya imperiyası tarixin istənilən dövürlərində olduğu kimi yenə də xarici müttəfiqləri ilə birləşərək Bakını onun əsl sahiblərindən - Azərbaycan türklərindən birdəfəlik almaq istəyirdilər. 1918-ci ilin martında törədilmiş soyqırımı hadisəsi də bu məqsədlə törədilmiş cinayətlərdəndir. Şaumyanın rəhbərliyində olan Bakı Xalq Komissarları Sovetinin hərbi dəniz komissarı Korqanov iyunun əvvəllərində Gəncə üzərinə hücum əmri verir. Sayı 13 minə çatan və döyüşçülərinin böyük əksəriyyəti daşnak partiyasının üzvləri olan qırmızı ordu hissələri iyunun 12-də Hacıqabul istiqamətindən əməliyyatlara başlayır, Göyçay, Ağsu, Kürdəmir, Hacıqabul işğal olunur. Bu döyüşlərdə qeyd edək ki, əsas döyüşçü qüvvə silahlı ermənilər və daşnaklar idi.

Həmin vaxt Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında imzalanan dostluq və əməkdaşlıq müqaviləsinin şərtlərinə görə Azərbaycan türklərini bolşevik istilasından və ermənilərin törətdikləri qətliamlardan xilas etmək üçün türk ordusu vəziyyətə müdaxilə edə bilərdi. Sultan vaxt itirmədən öz yavəri Nuru paşanı Bakıya göndərir. Azərbaycanda Nuru paşa böyük sevinclə qarşılanır. O, 30 nəfər zabit və 25 nəfər təlimatçısı ilə İrana - Təbrizə, oradan da Qarabağa gəlir. Əhali türk mücahidlərini Yevlaxda gül-çiçəklə, duz-çörəklə qarşılayır. AXC Nazirlər Şurasının qərarı ilə iyunun 20-də bütün ölkə ərazisində hərbi vəziyyət elan olunur. Tarixin məhz bu günü 15 sentyabr türk hərbi birləşmələrindən, Azərbaycan Milli Korpusundan və çoxsaylı xalqın igid oğullarından formalaşan Qafqaz İslam Ordusu Bakının işğaldan azad olunması hərəkatı ilə tarix yazır.

İyunun 27-dən iyulun 1-nə qədər Göyçay yaxınlığında keçən qanlı döyüşlərdə Qafqaz İslam Ordusu bolşevik-daşnak qüvvələrini tutduqları mövqelərdən qovub çıxarır və geri çəkilməyə məcbur edir. Cəbhənin sağ və sol cinahlarında türk əsgərləri, mərkəzdə isə polkovnik Səlimovun komandası altında yeni yaranmış Azərbaycan hərbi birləşmələri döyüşür. Bolşeviklərə qarşı mübarizəni gücləndirmək və Bakıya doğru hərəkəti sürətləndirmək üçün Nuru paşa islahatlar aparır, ordunu iki cinahda yenidən qruplaşdırılır. Canlı qüvvə və texnika sarıdan güclü olsa da, bolşevik ordusu döyüşlərin dördüncü günü geri çəkilib məğlubiyyətlə barışmalı olur. İyul ayının ortalarında Göyçay, Ağsu, Salyan və Kürdəmir rayonları bolşeviklərdən təmizlənir. Artıq milli hərbi hissələrimizlə Bakı arasında 80-90 km məsafə vardı. Bakının azadlığı isə Şamaxının qurtuluşundan keçirdi. Hərbi imkanlarını bir yerə toplayan qəhrəman Nuru paşa Bakının azad olunması planlarını düşünürdü. Türkün şücaəti və Milli Ordumuzun əzmi ilə Bakının fəthi daha da yaxınlaşır. Vəziyyətin nə dərəcə ağır olduğunu göstərmək istəyən Şaumyan Leninə göndərdiyi teleqramda: "Bakını Rusiya üçün qoruyub saxlamaqdan ötrü təcili qoşun göndərilməsi zəruridir. İsrarla xahiş edirəm: nizami qoşun hissələrinin gətirilməsi üçün təxirə salınmadan tədbirlər görün. Bizə qarşı nizami türk ordusu vuruşur. Orada alman təlimatçılar da var" yazaraq yardım istədi.

Və həmin gün, o şanlı tarix 15 sentyabr saat 9-00-da Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edildi. Minlərlə türk və Azərbaycan oğullarının şəhid qanı bu torpaqlarda əbədi hüzura qovuşdu. Həmin günü illərdir öz milli və mənəvi dəyərlərini illərdir daxilində yaşayan xalqımızla yanaşı bütün islam aləmi bayram günü kimi qeyd edir. Qurbanlar həm bayram, həm də Bakının işğaldan azad edilməsi münasibətilə kəsilir. Nuru paşa sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə Bakıya daxil oldu. Şəhərin türk-müsəlman əhalisi qəhrəman türk ordusunu və general-leytenant Nuru paşanı sevgiylə, gül-çiçəklə qarşılayır.

Paytaxt işğaldan azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti sentyabrın 17-də dərhal Gəncədən Bakıya köçür. Vəziyyəti nəzarət altında saxlamaq istəyən ingilislər heç bir müqavimət göstərmədən geri çəkilmək məcburiyyətində qalırlar.

Hər zaman olduğu kimi bu qələbə də şanlı tariximizə ucladıqları şəhadət zirvəsiylə 1130 şəhidimizin qanı ilə yazılır. Tək millət iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığını əbədi ilmələrlə bir-birinə toxuyan müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olan türkiyəli qardaşlarımızın bir çox bölgəmizdə məzarları var. Var olduqca müstəqil Azərbaycan qədir bilən xalqımız tərəfindən şəhidlərimiz hər zaman anılacaq,  ehtiramla yad ediləcəkdir.

Elsevər Məmmədov

Araşdırmaçı jurnalist

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı