Ərəb və İslam dünyası Heydər Əliyev düşüncəsində Əhməd Tarabek yazır

Yazarlar 16:15 16.01.2023
Ednews Asiya və Türk dünyası üzrə tədqiqatçı Dr.Əhməd Tarabekin məqaləsini təqdim edir.
 
Azərbaycanla ərəb dünyası arasındakı əlaqələrin tarixi ərəb-islam fəthləri dövründə xəlifə Ömər bin Xəttabın əmrilə sərkərdə Muğirə bin Şubənin miladi 642-ci ildə (hicri 22-ci il) Azərbaycan torpaqlarını işğal etməsilə başlayır. Bu fəthlər Azərbaycanın Ərəb Xilafətinə inteqrasiya prosesini təşkil etmiş və onu bu ucsuz-bucaqsız, çoxmədəniyyətli dövlətin mühüm hissəsinə çevirmişdir. Bu vaxtdan etibarən, Azərbaycan bu köklü mədəniyyətin qurulmasına dəyərli elmi, ədəbi və fəlsəfi töhfələr verməyə başladı. Bu ortaq irs indi də iki tərəf arasında mövcud olan əlaqələrin dərinliyinə şahidlik edir. 
 
Ərəb qəbilələrinin Azərbaycana köçü ilə müşayiət olunan fəthlər Azərbaycanda islam mədəniyyətinin yayılmasının carçısı oldu. Müsəlman mücahidlərin ailələri ilə burada məskunlaşması digər ərəb qəbilələrini də köçməyə sövq etdi. Bununla da, Azərbaycan İslam dövlətinin mədəniyyətinin möhkəmlənməsi və çiçəklənməsində mühüm rol oynadı.  
 
Ərəb dövlətində sabitlik Əli bin Əbu Talibin dövründən etibarən başladı. O, bəxşiş və borc əhlindən bir qrup insanı Ərdəbildə məskunlaşdıraraq onlar üçün burada evlər və məscid tikdirdi. Ərəb qəbilələri bölgədə yenidənqurma və inşa işlərinə öz töhfələrini verdilər, bu da islam mədəniyyətinin çiçəklənməsinə təsir etdi. Ərəblərin islama çağırışı tərəflər arasında ittifaq, islamın yayılması yolunda müxtəlif millətlərin birləşməsi və milli dəyərlərə sadiq qalaraq islam mədəniyyətinin mənimsənilməsi ilə nəticələnmişdir. Regionda siyasi sabitlikdən qaynaqlanan böyük mədəni inkişafın uzunmüddətli nəticələri oldu. Fəthlər Azərbaycanda siyasi və iqtisadi həyatın sabitləşməsinə, həmçinin ölkədə İslam hakimiyyətinin güclənməsinə təkan verdi.
 
Azərbaycanın zəngin təbii sərvətləri ərəbləri cəlb etmiş, onlar burada şəhər və kəndlərdə məskunlaşaraq bu torpaqları öz yurd-yuvalarına çevirmişlər. İslam dinini qəbul edənlərin sayının artması ərəblərin məskunlaşması fenomeninin təbii nəticəsi idi. Siyasi sabitlik ticarət mərkəzlərinin və istehsal sahələrinin çiçəklənməsinə, daxildə ticarət əlaqələrinin genişlənməsinə, hətta Hindistan, Çin, Şərqi və Qərbi Avropaya qədər yayılmasına təsir etdi. 
 
İslam sivilizasiyasının inkişafında müxtəlif elm və bilik sahələrinə öz töhfələrini vermiş azərbaycanlı alimlərin də böyük rolu olmuşdur. Məhəmməd İbn Abdullah İbn Bakuvi kimi alimlər, İmadəddin Nəsimi, Füzuli əl-Bağdadi kimi tanınan Məhəmməd Füzuli və s. şairlərin elm və ədəbiyyat sahəsində rolu heç kimə sirr deyil. Bu, Azərbaycan xalqının İslama olan güclü bağlılığının təsdiqidir. 
 
Azərbaycanın ümummilli lideri Heydər Əliyev islam aləminə böyük töhfələr vermişdir. Ulu öndər 1993-cü ildə prezident seçildikdən sonra xarici siyasətdə ərəb və islam ölkələri arasında əlaqələrin qurulmasını prioritet məsələlər sırasına daxil etmiş, onlarla siyasi-diplomatik əlaqələrin qurulması təşəbbüsü ilə çıxış etmiş, müxtəlif islam qurumları ilə əlaqə kanalları açmışdır. 
 
Heydər Əliyevin uzaqgörən siyasi baxışları var idi, ölkəsinin ərəb və islam ölkələri ilə əlaqələrinin vacibliyini diqqətdə saxlayırdı. Yeni dünya nizamının qurulduğu dövrdə Azərbaycana rəhbərlik etdiyi vaxtda bir tərəfdən Qərblə Rusiya, digər tərəfdən isə ərəb və İslam ölkələri arasındakı münasibətlərində balans yaratmağa çalışırdı. 
 
Heydər Əliyev Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın ağır siyasi böhrandan çıxması və cəmiyyətin öz islami dəyərlərinə, milli köklərinə qayıtması üçün lazımi mexanizmlərin işlənib hazırlanması istiqamətində mühüm addımlar atdı. Digər tərəfdən, Azərbaycanla ərəb və islam dünyası arasında hərtərəfli əlaqələrin genişlənməsi, möhkəmlənməsi üçün ictimai, siyasi, elmi, mədəni və mənəvi baza hazırladı.
 
Heydər Əliyev 1994-cü il iyulun 13-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər etdi. Səudiyyə Ərəbistanının zəngin İslam dəyərlərini təmsil etməsi baxımından bu səfər Azərbaycanın İslam dünyası ilə əlaqələrində böyük əhəmiyyət kəsb edirdi.
 
Səfər zamanı Heydər Əliyev və onu müşayiət edən rəsmi nümayəndə heyəti Məscidül-həramı ziyarət etdilər, ümrə ayinlərini yerinə yetirdilər və müqəddəs Kəbəyə daxil oldular, həmçinin Mədinədə yerləşən Peyğəmbər məscidində də oldular. Heydər Əliyev həmin səfər zamanı keçirdiyi hissləri 12 iyul 1994-cü ildə Peyğəmbər məscidinin Fəxri qonaqlar kitabına qeyd etdiyi  bu sözlərlə ifadə edib:
 
“Allaha həmd olsun, uzun illər ürəyimdə yaşayan arzum gerçəkləşdi. Bu tarixi hadisə məndə böyük duyğular oyatdı, qəlbimə hədsiz bir sakitlik və rahatlıq gətirdi.  Allahu Təlanın ucalığını dərk etdim”.
 
13 dekabr 1994-cü ildə (hicri 1415-ci il rəcəb ayının 11-də) Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən “Qardaşlıq və Dirçəliş Sessiyası” Səkkizinci İslam Zirvə Konfransında Heydər Əliyev ilk dəfə Azərbaycan nümayəndə heyətinə başçılıq etdi. Azərbaycan təşkilata üzv olduqdan sonra, Heydər Əliyev sammitdəki çıxışında ölkəsinin İslam həmrəyliyi və birliyinin güclənməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verdiyini bildirdi. O həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünün təkcə Azərbaycanı deyil, bütün İslam sivilizasiyasını hədəfə aldığını açıq şəkildə bildirərək, sammit iştirakçılarına müraciət etdi və onları erməni işğalını pisləyən sənəd layihəsini qəbul etməyə çağırdı.
 
Heydər Əliyev İslam aləmində həmrəylik və birliyin reallaşdırılması, qlobal əhəmiyyət kəsb edən əsas məsələlərin həllində çoxşaxəli əməkdaşlığın genişləndirilməsi, İslam sivilizasiyasının qorunub saxlanılması kimi məsələləri İslam Əməkdaşlıq Təşkilatının başlıca vəzifələri hesab edirdi. O, İslam ölkələrinin əziyyət çəkdiyi məsələlərin həllində çevik siyasi və diplomatik addımlar atdı. Bütün ərəb və islam ölkələri ilə əlaqələrə iki bucaqdan baxırdı: birincisi, Azərbaycanla bütün İslam dünyası arasında siyasi, iqtisadi, mədəni və sosial əlaqələrin genişləndirilməsi, ikincisi, müxtəlif müsəlman ölkələri və xalqları ilə əlaqələri dərinləşdirmək, onlar arasında birlik və həmrəyliyi gücləndirmək. Buna görə də onun məqsədi müxtəlif İslam ölkələri arasında ikitərəfli və regional əməkdaşlığı genişləndirmək və bu ölkələrin beynəlxalq səviyyədə vahid mövqe nümayiş etdirməsi yolu ilə müsəlmanların maraqlarını müdafiə etmək idi.
Heydər Əliyev zəngin tarixi keçmişə, elmi-mədəni irsə malik olan və müasir tarixi mərhələdə ictimai-siyasi məsələlər, hüquq və müstəqillikləri uğrunda mübarizə aparan İslam dünyasının gələcəyi haqqında çox düşünürdü. 
 
Prezident İlham Əliyev müasir Azərbaycanın qurucusu, bütün səylərini İslam həmrəyliyinə həsr edən ümumilli lider Heydər Əliyevin davamçısı olaraq onun yolunu tamamlamağı hədəflədi. O, Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi üçün çalışdı. İslam dünyası gənclərini Azərbaycan torpağında bir araya toplayan bu hadisə xalqların həmrəyliyinə, onların bir-birinə yaxınlaşmasına xidmət edən mühüm addımlardan biri oldu.
 
Tərcümə - Törə Zeynallı
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı