Xoşbəxt olmağa vaxtı olmayanlar BU YAZINI OXUSUN! Oğuz Ayvaz yazır

Yazarlar 16:00 02.06.2023

Müasir dövr insanları duyğularını, hisslərini, empatiyalarını, sevgilərini öz içlərində basdırıblar. Onlar üçün sevgi, dostluq, ailə kimi xüsusi dəyərlər artıq sözlərdə yaşayır. Ailə modelləri dağılır, qadın-kişi münasiblətləri şəhvətdən o tərəfə keçə bilmir, dostluqlar yerini pula dəyişir. 

Tanıdığım bir qrup insan var ki, onlar uşaqlıqdan dostdurlar. Bir yerdə xoşbəxt illər yaşayan dostlar müasir dövrdə tamamilə dəyişiblər. Onlar həftədə 1 dəfə görüşürlər, o da ki, ancaq yeyib-içməyə görə. Araq, kabab onları birləşdirir, eyinlərini açır, içkinin təsiri onları keçmişlərinə aparır. Uşaqlıq illərindəki kimi bir-birini qucaqlayır, xoş sözlər deyirlər. Bu yalnız içkinin təsiri itənə kimi davam edir. Onların kənarda dostluqları mövcud deyil. Necə də kədərli cümlə olsa da həqiqətdir. 

Yaxud da qadınlardan danışsaq, onların bu zamanda arzuları maddidir. Makyaj, gözəllik salonu, ağıllı telefon, dəbli geyimlər, ayaqqabılar, seliflər, tiktoklar, “şoppinq”lər, dodaq şişirtmə, botoks, burun əməliyyatı... Siyahını daha da uzada bilərəm. 

İnsanlar arasında canlı ünsiyyət, emosiyalar getdikcə tarixə qovuşur. Bir müddət keçəcək, aşiq insan tapılmayacaq dünyada. Gələcək nəsillər sevgiləri, dostluqları filmlərdən, kitablardan tapacaq. Təsirə düşüb, bəlkə sevəcəklər, amma süni olduğundan çilik-çilik olacaq.

Ötən günlərdə 14 yaşlı uşaqla ünsiyyət yaratmağa çalışdım. İnanın, sözləri ağzından kəlbətinlə qoparırdım. 

14 yaşlı uşağın dostu yoxdu. Deyir ki, bütün dostları ona xəyanət edib. Heç kəsə inanmır. Tək dostu əlində bərk-bərk tutduğu telefonudur. Telefonda musiqi dinləyir, oyun oynayır. Gələcəkdə isə müğənni olmaq istəyir. 

Başqa bir misal çəkim, qonşunun 5 yaşlı oğlu telefona o qədər aludə olub ki, əlindən alanda zırıldayır, az qalır, anasına əl qaldırsın. Axırda uşağın gözündə problemlər yaranıb. Bir gözü kor olmaq üzrədir. Buna görə valideynləri uşağı göz həkiminə, ordan da psixoloqa aparıblar. 

Azərbaycan ailələri indi bir ya da iki uşağa üstünlük verirlər. Üç, dörd uşaq onlar üçün uçurum kimi görünür. Kapitalizm, artan qiymətlər, süniləşən insan münasibətləri və ilaxır səbəblər onları qorxudur. 

XXI əsrin missiyası insanı insandan ayırmaq, ailə modellərini dağıtmaq, insan iradəsini, şüurunu işğal etməkdir. Bu missiya hələki uğurla yoluna davam edir. Missiyanın əleyhinə getmək özümüzdən asılıdır. Amma nə çarə ki, insanları oyatmaq gecdir. Onların ürəklərinə yol tapmaq Bakıda yaranan tıxacdan çıxmaq qədər çətindir. 

Düşünürəm ki, dünyada pis insan yoxdur, saysız-hesabsız bədbəxt insan taleləri var. İnternet resurslarında, jurnallarda, qəzetlərdə xoşbətliklə bağlı yazılar, məqalələr yayımlanır. O yazıları yazanlar, araşdıranlar da xoşbəxtliyi tapa bilməyənlərdir. Yaxud da TikTokda varlanmağın, karyerada uğur qazanmağın yolları göstərilir. Bütün bunlar insanı daxilən daha tənhalaşdırır, ümidsizliyə aparır. Çünki, müasir insan dediyimiz varlıq günün 10-12 saatını işləyir, zamanı pul qazanmağa sərf olunur. Onun xoşbəxt olmağa vaxtı yoxdur. 

Xoşbəxtliyin tərifini axtarmaq lazım deyil. Elə xoşbəxtliyin varlığını da. Bəzən insan xoşbəxtdir, ancaq bunun fərqində deyil. Xoşbəxtlik üstü bağlanmış, gizli, qaranlıq yerdə saxlanmış kimi görünməzdir. Onu duymaq lazımdır. Xoşbəxtlik bəzən insan cildində, bəzənsə başqa bir cilddə qarşına çıxa bilər. Sadəcə onu öz qiyafəsində deyil, içinin qiyafəsində görmək lazımdır.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı