Atalar və qızlar - Oğuz Ayvaz yazır...

Yazarlar 11:34 11.10.2023

Məktəbli olanda gündə bir qıza aşiq olurdum. Utancaq və cəsarətsiz olduğumdan qarşılarına çıxanda dilim topuq vururdu. Bir dəfə cəsarətimi yığıb aşağı sinifdə oxuyan qarabuğdayı, qıvırcıq saçlı qıza məktub yazdım. Məktubu sinif qızlarından biri apardı. Qayıdanda üzündə güllər açırdı, dedi, qız məktubu göydə qapdı. Xəyal qurdum ki, artıq məhəbbət yaşayırıq. Sevindim ki, mənim də sevgilim olacaq.

Bir saat keçmədi, qızdan cavab məktubu gəldi: "Mən səni ilk gördüyüm gündən bəyənirəm, amma məni qabaqladın. Beşinci mərtəbədə səni gözləyəcəm. Gəl, söhbət edək”. Məktubu oxuyanda elə bildim, ürəyim yerindən çıxacaq; əlim, ayağım buz kəsdi, dediyi yerə gedə bilmədim. Bu mənasız həyəcanı içimdə öldürə bilsəm, qızlarla münasibətim alınacaqdı, amma bacarmırdım. 

Məktəbi bitirəndən sonra qızlarla münasibətim düzəldi. Onlara laqeyd, soyuq münasibət göstərdikcə özləri mənimlə tanış olmağa başlayırdı. Beləcə qızları tanımaq zamanı yetişmişdi. Onları tanımağa başlayanda bir də gördüm evlənmişəm. Bir qızım oldu. O gündən qızlarla münasibətimin finiş xəttinə çatmışdım. 

Qızım doğulanda şəhərə yağış yağırdı. Doğum evində qadınların əzablı səsləri yağışa qarışırdı. Pəncərənin kandarında siqareti siqaretə calayır, sənin gəlişini gözləyirdim. Mənə ata deyən bir qızın böyüyəcəyinin xəyalını qurmağa başlamışdım. Bir yandan da içimdə şeir doğulurdu. Kimə bənzəyəcəksən? Burnun yekəmi olacaq? Saçların nə rəng olacaq? Gözlərin mənim kimi böyükmü olacaq? Suallar yağış damlaları kimi üzərimə yağırdı. Gecənin ikiyə bölündüyü vaxt sən gəldin. Yür kürəsinə qondu sərçə ayaqların.

Bağçaya getdiyin günlər sənin üçün ən əzablı günlər olurdu. Oranın yolunu uzaqdan görəndə belə totuq dabanın topuq vurudu. Uşaq vaxtlarımda mən də bağçadan qorxur, adını eşidən kimi rəngim saralırdı. Çünki orda müəllimlər yatmadığıma görə məni nar çubuğu ilə döyürdülər. Süd içmədiyimə görə danlanırdım. Qızım, sən də nə uşaqlara qoşula bilir, nə də müəllimlərini sevirsən. Azad və mutlu olduğun sahə mənim və ananın qucaq ərazisidir.
Bu gün mənim yeganə qız sevgilim qızımdır. 

Bu gün "Beynəlxalq Qızlar Günü”dür. Günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına yönəltməkdir.

Qızları çox sevirəm. Həmcinslərimdən çox vaxt qaçmışam. Sığındığım onlar olub.

Gözəl şairimiz Eldar baxışın dediyi kimi:

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.
Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat…

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı