Bütün küləklər mənim uşaqlığımdı... - Oğuz Ayvaz yazır

Yazarlar 14:50 17.10.2023

Küləyi sevirəm. Ona görə ki, bu elektronik həyatımızda təbiətin səsini eşitdiyim tək yer küləyin uğultusudur. Hava mülayim, sakit olanda qorxuram. Qorxuram ki, kimsə zəng edib pis xəbər verəcək. Bəlkə də, küləyə sevgim içimdə qaysaq bağlayan travmamdır.

Külək içimdəki xatirələri oyada, danışan adamları kiridə bilir. O uğultu səsi mənə ağacların dilini eşitdirir, həyatın faniliyini xatırladır. Çox insanı dindirsəniz, onlar küləyi sevmədiklərini deyərlər. Bilirsiniz niyə sevmirlər? Çünki külək onlara kimsəsizliyi, tənhalığı xatırladır. Onlar içlərinə düşən bu qorxudan duyuq düşürlər. İstəyirlər ki, tezliklə bu səs kəsilsin. Amma mən günlərlə küləyin səsini dinləyə bilərəm. Nədənsə külək mənə Tolstoyun hekayələrini də xatırladır. Tolstoyun yaratdığı obrazlar sanki ucsuz-bucaqsız çöldə dolaşır. Məncə, külək insanın öz içində axtardığı sualların simvoludur. 

İnsan haradadır? 

Özünü tapa bilibmi?

Həyata yenidən gəlmək olarmı?

Uşaqların üzündəki təbəssümdən daha gözəl nə var? 

Küləklə sovrulan adamlar da çoxdur həyatda. Özünü küləyin ixtiyarına verənlər. Onlar harada olduqlarını bilmirlər. Xəbərsizdirlər özlərindən. Çünki dərin deyillər. Dayazda üzürlər. Xırda balıqlar kimi sahilə yaxın yerdə üzüb başlarını girələyirlər. Onlar özlərini nəylə ifadə edəcəklərini tapa bilmirlər. Elə hey axtarırlar. Özünü ifadə yollarının axtarışına çıxan bu tənha və kədərli adamlar məni həmişə məşğul edib. Həmişə onlar haqqında düşünmüşəm. Onların axırının necə olacağını öz ağlımla ölçüb-biçmişəm. Xeyri olmayıb. Başa çıxa bilməmişəm fikirlərimlə. Fikirlərim külək kimi orada-burada vurnuxa-vurnuxa axırda bir divara dəyib sakitlik tapıb. Küt sakitlik. Bəlkə də, sakitliyin ən qorxunc halı. Külək qızışır, pərdələri şişirdib gonbul adamlara çevririr. Həmin o tənha və kədərli adamlara bənzəyir pərdələr. O adamlar küləyin taleyinə bənzəyirlər. Külək hara əsirsə, ora gedirlər. Külək onların yaxasından tutub harasa aparır. İşığı tapa bilənlər küləkdən canını qurtarıb götürülür o işığın göründüyü yerə.

İnsanlar nə vaxt küləyi sevir? Yayın qızmar günəşində. O olmayanda ventilyatora cumur. Küləyin elektoranlaşan, süniləşən halından geninə bol istifadə edirlər. Çünki insan özünü düşünən, eqoist varlıqdır. Külək insanın özü ilə təkbətək qaldığı, özünü sorğuladığı yerdir. 

Küləkli bir gündə atam məni evdən qovmuşdu. Atam əlində oxlov üstümə cummuş və demişdi ki, bir də gəlmə bu evə. Niyəsə o hadisə yadıma düşəndə gülürəm. Çünki atam elə bilmişdi mən böyük məbləğdə pul uduzmuşam. Futbol kuponundan başı çıxmadığı üçün elə bilmişdi ki, 200 manatı yelə vermişəm. Halbuki həmin gün 200 manatı udmuşdum. Kuponu cibimə qoyub yola düzəlmişdim. Sevinirdim. Çünki 200 manat udmuşdum. O vaxt 200 manat da indinin 200 manatı deyil. Gedə-gedə fikirləşirdim: paltar alım, ayaqqabı alım, yoxsa evə nəsə alım? Ya, bəlkə, bir-iki oyun da oynayıb ikiyə, üçə qatlayım? Tam “Topaz”ın ofisinə yaxınlaşanda əlimi cibimə və o biri ciblərimə atdım, xeyri olmadı. Heç nə tapmadım. Dəli oldum. Qaça-qaça gəldiyim yolla qayıtdım. Gəldiyim yolu iki-üç dəfə yoxladım. Tapa bilmədim. Əsəbdən partlayırdım. Kor-peşman evə gəldim. Və bu hadisə baş verdi. Atam üstümə kuponu atıb oxlovla üstümə gəldi. Tez kuponu götürüb cibimə basdım. Atama izah etməyə çalışdım ki, uduzmamışam, udmuşam. Xeyri olmadı. Onun tüstüsü təpəsindən çıxırdı. Məni evdən qovdu. Arxamca qapını kilidlədi. Evdə ondan savayı heç kim yox idi. Bacımla qardaşım anamla harasa getmişdilər. Aşağı düşdüm. Qəflətən güclü külək başladı. Külək məni yelləməyə başladı. Yolu güc-bəla keçdim. Özümü birtəhər “Topaz” məntəqəsinə çatdırdım. Pulu alıb gözucu baxdım. Məntəqə işçisinə şirinlik verdim. Təzədən çölə çıxdım. Elə bil vertolyotdan düşürdüm. Təzədən küləyin içinə düşüb ora-bura dartındım. O vaxt indiki kimi yadımdadır. Qaça-qaça pleysteyşna getdim. İçəridə xeyli adam var idi. Hamı əllərini yumruq kimi tutub üfürürdü. Kimsə qapını açanda hamı yerbəyerdən qışqırırdı: “Tez ört”. Mən də girəndə eyni səhnə təkrarlandı. Elə təzəcə qızışmışdım ki, qapı açıldı. Qışqırıq başladı. Çönüb baxdım. Qardaşım idi. Məni görən kimi təbəssüm qondurdu üzünə:

“Bayaqdan səni axtarırdım”.

“Nədi ki?”

“Evə gəl. Dədə çağırır”.

“Gəlmirəm”.

Qardaşım içəridəkilərə göz gəzdirdi və indiyənə kimi yadımdan çıxmayan sözləri dedi:

“Dədə dedi, gətir onu, televizorda futbol göstərirlər. Mama da xoşladığın yeməyi bişirib”.

Özümdən asılı olmadan soruşdum:

“Nə yeməyi?”

“Yarpaq dolması”.

Biz çölə çıxdıq. Külək daha da güclənmişdi. Qardaşımla küləyin tərkinə minib evimizə çapdıq. Külək bizi tezbazar evimizin isti yuvasına çatdırdı. 

Hə... Belə... Ona görə də mən küləyi sevirəm. 

Pəncərəni döyəcləyən görünməz əllərini sevirəm. 

O görünməz əllərlə ağacların yarpaqlarını rəqs etdirən küləyi sevirəm. 

Təbiətin bizə qalan bu yeganə səsini sevirəm.

Bütün küləklər mənim uşaqlığımdı...

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı