Bakının Təbriz küçəsində yeni layihənin icrasına başlanılır.
EDnews xəbər verir ki, layihə çərçivəsində ərazidə ictimai nəqliyyatın hərəkətinin daha rahat təşkili və piyada təhlükəsizliyinin artırılması nəzərdə tutulur.
Plana əsasən, Təbriz küçəsində avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq. Bununla yanaşı, ərazidə yeni piyada keçidləri təşkil olunacaq və piyadalar üçün kəsintisiz hərəkət mühiti formalaşdırılacaq.
Bakı Konqres Mərkəzinin yaxınlığında da təhlükəsiz piyada keçidlərinin yaradılması nəzərdə tutulub.
Layihə çərçivəsində həmçinin ağaclardan ibarət bufer zolağının salınması və parklanma sahəsinin təşkili planlaşdırılır.







