“Toplum TV” işi üzrə məhkəmə istintaqı başa çatıb.
EDnews xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilmiş ittihamların əsaslı olduğunu bildirib. O, hər bir təqsirləndirilən şəxsə ayrı-ayrılıqda sanksiya həddində cəza təyin edilməsini istəyib.
İttiham tərəfi Akif Qurbanov və Ruslan İzzətlinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Bundan başqa, Ələsgər Məmmədli və Əli Zeynalovun 15 il, Müşfiq Cabbarov, İlkin Əmrahov və Ramil Babayevin 14 il, Fərid İsmayılov və Elmir Abbasovun isə 13 il müddətinə azadlıqdan məhrum olunması istənilib.
Məhkəmədə vəkillərə müdafiə çıxışlarına hazırlaşmaları üçün vaxt verilib.




.jpg)

.jpeg)
