İlk rolu vampir olan, bir gecəyə saçları ağaran məşhur azərbaycanlı aktyor Maraqlı faktlar

İlk rolu vampir olan, bir gecəyə saçları ağaran məşhur azərbaycanlı aktyor <span class="text-danger">Maraqlı faktlar</span>

Bu gün Xalq artisti Yaşar Nurinin anım günüdür. Ednews mərhum aktyor haqda maraqlı faktları təqdim edir.

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir. Uşaq yaşlarından aktyorluğa həvəsi, marağı olub.

Sinif yoldaşları özlərini ona bənzətmək üçün dəridən-qabıqdan çıxır, saçlarını onun kimi darayır, Yaşarın hərəkətlərini yamsılayırdılar.

11 yaşında “Toy kimindir?” tamaşasına baxmağa gedib. Tamaşaya az qalmış rejissor əsəbiliklə deyir ki, bəs deməzsənmi, Tapdıq rolunu oynayan aktyor xəstələnib. Aktyorlardan biri deyib, Məmmədsadığın oğlu burdadır, tamaşanı da əzbər bilir, neçə dəfə baxıb, bir yoxlayaq onu. Yaşar bu gözlənilməzliyə çox sevinib və rolun öhdəsindən gəlib. İlk dəfə atasıyla bir səhnəni paylaşıb. Həmin tamaşada Nəsibə Zeynalova, Lütfəli Abdullayev kimi aktyorlar da vardı...

Tələbə vaxtı artıq populyar idi. Ətrafında qızlar pərvanə kimi dolanırdı. Yaşar isə qızların heç birinə fikir vermirdi. Anasının sözünü qulağında sırğa edibmiş: “Sənə qızı özüm tapacam”. Elə də olub. Qız da kim ola? Konservatoriyada təhsil alan Rəhimə adlı uzaq qohum. Yaşar Nuri qızın izinə düşür, bir-iki gün arxasınca gedir, axırda bezib qızın yolunu kəsir və ona deyir:

- Bilirsən, nə var? Vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam.

Cavabı nə oldu? Yaşar Nuriyə hansı qız “yox” deyə bilərdi ki?

***

Evlənən kimi Dram Teatrına işə dəvət olunur. Peşəkar səhnədə ilk rolu da vampir rolu olub.

***

Daha çox komik obrazları oynayıb. “Ac həriflər”, “Yarımştat” kimi televiziya tamaşalarında rol alıb. Ancaq ona ən çox məşhurluq gətirən televiziya tamaşası “Səni axtarıram” olub. Firəngiz Mütəllimova ilə bir yerdə oynayıblar və deyilənə görə, bundan sonra aralarında sevgi münasibəti yaranıb.

Firəngiz xanımla münasibətinə Yaşar Nuri “dərdləşdiyim sevgi” adı qoymuşdu. Başqaları isə ayrı adlar qoyurdu bu münasibətə. Hətta həyat yoldaşı da bu adını qoya bilmədikləri münasibətdən xəbərdar idi. Firəngiz xanım Yaşara olan sevgisini etiraf edirdi.

Ümumiyyətlə, qadınlar onu sevirdi. Qızı deyir ki, biz dənizə çimməyə gedəndə qadınlar, qızlar atama yaxınlaşıb onunla görüşür, onu öpürdülər.

***

Elə bu “məhəbbət vaxtları”nda ona Əməkdar artist adı verilir. Qəzetdə bu xəbəri görən Yaşar Nuri sevincək olsa da, gözləri dolur. Səbəbi buymuş: aktyor atasına quruca ad da verməmişdilər! Atası bilirsiniz kimdir? “Uşaqlığın son gecəsi”ndəki o məşhur “söhbət sosikada deyil e, vnimatelni olmaqdadır” sözlərini deyən Davud.

Yeyib-içən biri idi, məclis adamıydı. Bəzən bu içki məsələsi ona problem yaradırdı. Çəkilişlərə gec gedirdi, ona görə çəkiliş dayandırılırdı və s. Bir dəfə dövlət televiziyasında Yeni İl şənliklərində Şaxta baba rolunda olarkən içkili vəziyyətdə idi, çəkilişdə problem yaratmışdı, lakin onu sevdikləri üçün bu məsələ tez də yat-küt olunmuşdu.

Bir ara şayiə yayılmışdı ki, Yaşar Nuri tez ölmək üçün içkiyə aludə olub. Bu şayiəni aktyorun qızı rədd etmişdi.

Amma içki onda qaraciyər xəstəliyi yaratmışdı. Dörd il xəstəxanada yatdı. Dörd-beş dəfə ölüm xəbəri yayıldı.

20 Yanvar hadisələrində Yaşar Nuri çox sarsılır. Bir gecənin içərisində onun saçının bir hissəsi arxa tərəfdən ağarır.

Xəstəliyinə baxmayaraq, teatr sevgisi inanılmaz idi. Türkiyədən müalicədən qayıdandan sonra birbaşa aeroportdan teatra getmişdi...

***

Türkiyədə xəstəxanada yatanda xəstəxananın işçiləri deyirmişlər ki, bir Nazarbayev burda yatanda belə böyük izdiham yaşanmışdı, bir də Yaşar Nuri.

Sonuncu yayılan ölüm xəbəri düz çıxdı. 2012-ci ilin noyabrında... Dəfnində xalq onun tabutunu o qədər əldən-ələ keçirirdi ki, qızı insanlar onunla rahat vidalaşsınlar deyə kənarda dayanmışdı.

Uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.

Oğuz Ayvaz 

Xəbər xətti

Bakıda bu ərazilərdə söküntü aparılacaq
10:34
Azərbaycan XİN İsveçi təbrik etdi
10:24
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
10:19
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanıldı
10:04
Dünya bazarlarında neft ucuzlaşıb
10:00
Livana hücumlarda 21 nəfər öldü
07:58
Kuril adalarında GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB
07:51
Alimlər şoka düşdü: Qaranlıqda parlayan mavi hörümçək aşkarlandı
07:42
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
07:32
Ürəyinizi qorumaq istəyirsinizsə, BU QİDANI rasionunuza əlavə edin- QİDA MÜTƏXƏSSİSİNDƏN AÇIQLAMA
07:16
Dünyanın ən uzun yolu OLSA DA, amma heç YERƏ GEDƏ BİLMİRSƏN-FOTOLAR
07:10
CNN: ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində buraxılan İran PUA-larını vurub
03:54
Səhrada faciə: Xarab olan yük maşını 50 nəfərin həyatına son qoydu
03:50
Alla Puqaçova məhkəmədə qalib gəldi
03:01
KİV: İran ABŞ Hərbi Hava Qüvvələrinin Qətərdəki mərkəzini sıradan çıxarıb
02:55
Norveçin gələcək kraliçası donor orqanı gözləyir – vəziyyəti kritikdir
02:39
Tramp NƏHAYƏT BUNU EDİR: "İrandan ÇIXMALIYIQ..."
02:18
Putindən İranla BAĞLI AÇIQLAMA: "İRAN RUSİYADAN..."
01:52
Makron, Merz, Starmer və Zelenski Londonda bir araya gəlir: Rusiya ilə danışıqlar masada
01:28
"Xəyal Əliyevin zədəsi planlarımızı pozdu” – Ayxan Abbasov
01:21
14 milyard dollarlıq SUAL: Tramp Tayvana SİLAH GÖNDƏRƏCƏKMİ?
00:58
Aşqabadda AZƏRBAYCAN MUSİQİSİNİN ZƏFƏRİ: Türkmən tamaşaçılar sənətçilərimizi ALQIŞ YAĞIŞINA TUTDU- FOTOLAR
00:50
ABŞ Almaniyadan ÇIXIR? Pentaqondan MÜHÜM AÇIQLAMA
00:38
Türkiyədə narkotik əməliyyatı: Onların narkotest nəticələri müsbət çıxdı
00:30
İrandan Tramp-Xamenei görüşü ilə bağlı açıqlama: “Bu, hazırda mümkün deyil”
00:28
06.06.2026
Azərbaycan Maltaya uduzdu- CANLI - YENİLƏNİB
23:57
ABŞ-ni hədələdilər
23:47
Ərdoğan Trampı planından daşındırdı
23:35
Türkiyə bayraqlı gəmiyə hücum edilib - Ölən və yaralananlar var
22:59
Azov dənizində yaralanan azərbaycanlıların YENİ SAYI
22:39
"Neftçi"yə ağır itki: Qəfil vəfat etdi
22:27
Lamin Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
21:45
Xameneinin müşaviri ABŞ-yə şərt qoydu: 24 milyard dollar azad edilməlidir
21:25
Putin Rusiyanın İrana silah vermədiyini bildirib
21:10
Möhsün Rzayi Xameneinin Trampla görüşməyəcəyini bildirib
20:55
Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı 4-ə çatıb
20:45
MEDİA Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddiaları təkzib edib
20:30
Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir
19:39
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
19:27
Monqolustan Prezidenti Azərbaycan liderini təbrik etdi
18:55
Milli Məclisi CNN-i iddiaları ilə bağlı BƏYANAT YAYDI
18:53
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib - FOTOLAR
18:45
5 ayda sərnişin daşınmasını 16 % artırıb - ADY
18:35
Regionlara yeni ambulans və reanimobilləri təhvil verilib
18:26
Xalq Ermənistanı, yoxsa Paşinyanı xilas edəcək? - ŞƏRH
18:14
Vinçentso İtalyano “Beşiktaş”la müqavilə üçün İstanbula gəlib
18:00
"Hər şeyin alternativi var, sülhün alternativi yoxdur”
17:50
Amerikalı jurnalist Çin hökumətinin agenti kimi işlədiyini qəbul etdi
17:40
Akademik Akif Əlizadə direktor vəzifəsindən çıxarılıb
17:28
İş yerindən 6 ton metal avadanlıq oğurlayan şəxs saxlanılıb
17:18
Əsassız ittihamlar, "quru böhtanlar" CNN prinsipləri belə "çeynədi"...
17:04
Koçaryanın gizli planı ifşa olundu: Əsgərlərini belə qurban verib
17:01
Enerji böhranı qlobal ərzaq inflyasiyasını artıra bilər
16:45
Ölkəyə avtomobil idxalı azaldı: Qiymətlər bahalaşacaq?
16:30
BMT-dən Xəzərlə bağlı həyəcan təbili: Sahil xətti geri çəkilir
16:23
Bakıda yağış yağacaq, şimşək çaxacaq
16:15
Rusiya Əfqanıstana dizel və taxıl tədarük edəcək
16:07
BAMF Əşrəf Veysəllinin vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ
15:58
Bəs Tramp-Xamenei görüşü real görünürmü? - RƏY
15:55
Mehriban Əliyeva sosial mediada minifutbol yığmamız ilə bağlı paylaşım edib edib
15:51
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR