Rusiya ilə Əfqanıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair yeni anlaşma əldə olunub.
EDnews xəbər verir ki, razılaşmaya əsasən, Rusiya hökuməti Əfqanıstana dizel yanacağı, taxıl və digər ərzaq məhsullarının tədarükünü həyata keçirəcək.
Məlumata görə, tərəflər bu addımı enerji və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hesab edirlər. Anlaşma Moskva ilə Kabul arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə şərait yarada bilər.







