Son günlər Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur.
Rəsmi statistikalar göstərir ki, bu ilin ilk aylarında ölkəyə idxal olunan avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Mövzu ilə bağlı EDnews-a danışan iqtisadçı Xalid Kərimli qeyd edib ki, gətirilən avtomobillərin sayının azalması ötən il ölkəyə çox sayda avtomobil idxal edilməsi il bağlıdır.
Xüsusilə ötən ilin sonunda elektrik mühərrikli avtomobillərə tətbiq olunan 18 faizlik əlavə dəyər vergisi üzrə güzəşt müddətinin başa çatacağı ilə bağlı gözləntilər insanları və sahibkarları daha çox avtomobil gətirməyə sövq edib:
"Bu proses bu ilin ilk yarısında da davam edib. Çünki qanuna əsasən, yanvarın 1-dən hibrid və elektrik mühərrikli avtomobillərin 18 faizlik əlavə dəyər vergisinə cəlb olunacağı gözlənilirdi. Güzəşt müddətinin bitməsi səbəbindən bazara əvvəlcədən xeyli avtomobil gətirildi. Buna görə də bu il idxalın azalması təbiidir".
Belə bir azalmanın qiymətlərə təsirinə də diqqət çəkən iqtisadçı əlavə edib ki, bu istiqamətdə ciddi təsir gözlənilmir. Çünki Azərbaycan avtomobil idxal edən ölkədir və bu sahədə qiymət marjaları elə də yüksək deyil. Avtomobil sektoru əsasən 3-5 faiz gəlirliliklə işləyir. Ona görə də avtomobillərin az və ya çox gətirilməsinin qiymətlərə xüsusi təsiri olmayacaq.
Aytac Kərimova | EDnews
.png)
.png)
.png)

.png)


.png)