Dünyada artan enerji tələbatı və bioyanacaqdan istifadənin genişlənməsi qlobal ərzaq bazarları üçün ciddi risklər yarada bilər.
EDnews xəbər verir ki, bioyanacaq istehsalında istifadə olunan kənd təsərrüfatı məhsullarına tələbatın artması ərzaq qiymətlərinə təzyiqi gücləndirə bilər.
Mütəxəssislərin qiymətləndirməsinə görə, xüsusilə qarğıdalı, şəkər qamışı, bitki yağları və digər xammal növlərinin bioyanacaq istehsalına yönəldilməsi ərzaq təchizatında balansı poza bilər. Bu isə dünya bazarında qida məhsullarının bahalaşması riskini artırır.







.png)