Qədim Roma haqda bilmədiyimiz 10 fakt

Maraqlı 10:32 07.02.2017
1. Qladiator döyüşləri ən populyar əyləncə vasitəsi deyildi.
 
 
Əsas məkanların tamaşaçı tutumu, Romada müxtəlif xalq tamaşalarının nə dərəcədə məşhur olduğunun ən bariz göstəricisi sayılırdı.Qladiator döyüşlərinin keçirildiyi Kolizey çox böyük idi. Belə ki, Flaviyan Amfiteatrı olaraq tanınan Kolizeydə, müasir tədqiqatçıların fikrincə, 50 mindən çox insan döyüşləri izləyə bilərdi. Lakin Serkas Maksimus ( Circus Maximus) adlı meydançada baş tutan araba yarışına təqribən 250 min tamaşaçı şahidlik etmişdir. Pantonim teatrının o dönəmdəki məşhurluğuna baxmayaraq izləyici tutumuna görə, 20 min 500 tamaşaçı sayı ilə 3-cü sırada qərarlaşırdı. Bütün bunlar isə, onu deməyə əsas verir ki, qladiator döyüşlərinin günümüzdə olan məşhurluğu  tarixçilərin şişirməsidir. 
 
2. Romanın müharibə gəmiləri qullar tərəfindən idarə edilmirdi.
 
 
 Demək olar ki, Roma döyüşlərindən bəhs edən bütün film və romanlarda böyük bir gəmini kürək çəkərək hərəkətə gətirən, qulların və nəzarətçilərin onları qamçıladıqlarının şahidi oluruq. Bunlar, təbii ki, fərziyyələrdir.
 
 Romalılar da, yunanlar kimi “sivil ordu quruculuğu” adlı ideologiyaya sahib idilər. Əgər vətəndaşsınızsa, ən ali vəzifəniz dövlətiniz üçün döyüşməli və mübarizə apardığınız üçün siyasi haqlara sahib olduğunuz təsdiq edilirdi.
 
 Bu hal qul kürəkçilərdən istifadəni tamamilə ləğv etdi. İstisna zamanlarda qullar hərbi xidmətə alınmadan öncə, azadlıq haqqı da verilirdi. 
 
  3. Heç də hər kəs gənc yaşda vəfat etmirdi.
 
  Ortalama yaşam müddəti 25 il sayılsa da, bu hal hər zaman özünü doğrultmurdu. Belə mifə əsaslanaraq onu demək olmaz ki, heç kəs 30 yaş həddini keçə bilmirdi.
 
  Doğum zamanı vəfat edən qadın sayı və körpə ölümlərinin çoxu bu düşüncəni meydana çıxarırdı. Əgər bir romalı, yetkinlik yaşını keçərsə, onun qərb insanları qədər çox yaşaması istisna edilmirdi.
  
    4. Romada 1 saat 60 dəqiqəyə bərabər tutulmurdu.
 
  Romalılar da bizim kimi 1 günü 24 saata bölürdü. Lakin müasir zaman dilimindən fərqli olaraq onların saatları dəyişkən idi. Qış aylarında 1 saat 45 dəqiqəyə, yay aylarında isə 75 dəqiqəyə bərabər olurdu.
 
  5. Bütün romalılar latın dilində danışmırdı.
 
 Atlantik okeanından Dəclə çayına qədər uzanan Roma imperatorluğunun əhalisi 65 milyona yaxın idi.Latın dili ordu və dövlət qanunlarının dili olmasına baxmayaraq, imperatorluq daxilindəki bir çox xalq öz dillərində danışmağa davam etdi. Beləliklə, sıryak, seltik, kapadokya, traxiya kimi qeyri-müəyyən dillər yaşadı.
 
Romanın elit təbəqəsi üçün, yunan dili yüksək göstərici nişanı sayılırdı və bu hal 18-19-cu əsrlər Avropa aristokratlarının fransız dilindən istifadə etməsi ilə oxşarlıq təşkil edir. Senatların Yuli Sezara sui-qəsd təşkil etmələrindən sonra bəzi insanlar latınca deyil, yunancadan istifadə olunmasının tərəfdarı oldular.
 
  6. Bir çox romalı fəlsəfəyə nifrət edirdi.
 
 İmperiya Seneka və Markus Aurelius kimi nüfuzlu filosoflar yetişdirdi.Ancaq bir çox romalı 2 əsas səbəbə görə, fəlsəfəyə nifrət edirdi. Birincisi, bu yunanların icadı idi və yunanlar işğal edilmiş xalq hesab olunurdu. Roma xalqının yunanlara olan münasibəti çox qarışıq idi.Yunan dilini sevmələrinə baxmayaraq yunanlara qrşı münasibətləri elə də ürəkaçan deyildi.
 
 İkinci səbəb isə, Fəlsəfə insanın özü və hisləri üzərində çalışmasını tələb edir. Bu da hər şeyini imperiyaya fəda edən kişilər üçün uyğun sayılmırdı.
 
  7. Tək qaşlı qadınlar gözəllik simvolu sayılırdı.
  
 Bəli, antik Roma qadınları qaşlarının daha qalın və cəlbedici olması üçün müxtəlif vasitələrdən istifadə edirdilər.
 
  8.Generallar nadir hallarda döyüşlərdə iştirak edirdi.
 
  Sənət əsərlərində qəhrəmanca təsvir edilmələrinə baxmayaraq,  Roma generalları döyüşçü deyil, “döyüş idarəçiləri sayılırdı”. Sadəcə bəzi istisna zamanlarda üzbəüz döyüşlərə qatılırdılar.
 
  Əgər bir döyüş məğlubiyyətlə nəticələnərsə, komandir ya qılıncı öz üzərinə çəkib həyatına son verməli, ya da düşmənin əli ilə şərəfli bir şəkildə həlak olmalı idi. Maximinus Trax ( imperatorluq dövrü: 235-238 ) döyüş bölgəsində savaşaraq mübarizə aparan imperator kimi yaddaşlarda qalıb.
 
 9.İmperatorlar özlərini hər gün zəhərləyirdilər.
 
  Miladdan sonra 1-ci əsrin sonlarından etibarən Roma imperatorları toxunulmazlıq qazanmaq məqsədilə gün ərzində az miqdarda müxtəlif zəhər maddələri qəbul edirdilər. Bu zəhər qarışımı yaradıcısından adına uyğunlaşdırılaraq Mitridatium (Pontus kralı “böyük” Mitridatesin adından ilhamlanaraq) adlanırdı. 
 
  Nə qədər təəccüblü olsa da, imperatorların bu zəhər maddələri ilə daha çox yaşayacaqlarına inanılırdı.
 
  10. Qladiator qanının içilməsi və qara ciyərinin yeyilməsi tibbi səciyyə daşıyırdı.
 
  Romalı həkimlər tərəfindən tövsiyə edilən qladiator qanı epilepsiya və sonsuzluğun dərmanı kimi məsləhət görülürdü.

Nicat Məmmədov

 
  
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

İrəvanda Matviyenkonun gəlişinə etiraz edildi
12:19 06.06.2025
Saxta Pasportla Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
11:51 06.06.2025
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
11:38 06.06.2025
"İran ballistik raketlərin yanacağı üçün Çindən xammal alır"
10:36 06.06.2025
Nə Çin səddi, nə də piramidalar: Kosmosdan aydın görünən tikili açıqlandı
10:05 06.06.2025
“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
09:42 06.06.2025
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
09:27 06.06.2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
08:01 06.06.2025
Çində qlobal internetə giriş verməyə başlayıblar
06:03 06.06.2025
"İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib"
00:15 06.06.2025
NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
00:09 06.06.2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:01 06.06.2025
"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırdı
12:16 05.06.2025
"Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir"
12:12 05.06.2025
"McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
11:20 05.06.2025
"E-ahik" elektron informasiya sistemi istifadəyə verilib
11:17 05.06.2025
"Arsenal" dörd futbolçusu ilə vidalaşdı
11:14 05.06.2025
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
11:02 05.06.2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:42 05.06.2025
UNEC-də Beynəlxalq Elmi Konfrans keçiriləcək
10:38 05.06.2025
"Neftçi" sabiq PSJ-linin transferini açıqladı
10:25 05.06.2025
Ronaldo Portuqaliyanı Finala çıxardı
08:55 05.06.2025
Space Forge: Kosmosda Yarımkeçirici Materialların İstehsalı üçün Startap 30 Milyon Dollar Yığdı
08:41 05.06.2025
Rusiya Ukraynadan qisas aldı
08:36 05.06.2025
Fırıldaqçılar Böyük Britaniyanın vergi xidmətindən külli miqdarda pul oğurlayıblar
08:24 05.06.2025
Rusiyada məşhur xəbər agentliyinin ofisində AXTARIŞLAR BAŞLADI: Saxlanılanlar var
08:23 05.06.2025
Paşinyan II Qaregindən cavab gözləyir
08:14 05.06.2025
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Qonağı Olacaq
07:50 05.06.2025
Hamısı