Görünüşü və qiyməti ilə dünyanı heyrətə gətirən 8 SƏYYAR EV ARAŞDIRMA

Maraqlı 12:00 28.06.2022

Bir çoxları səyahət etməyi sevsə də, bəzi insanlar bunu həyat tərzinə çevirirlər. Səyahət zamanı evinizin rahatlığını hiss etmək istəyirsinizsə, səyyar evlə (ing.- caravan) dünyanı gəzmək əlverişli hesab olunur.

Ednews harda olmağınızdan asılı olmayaraq evinizdəki rahatlığı hiss etməyə kömək edən dünyanın ən bahalı 8 səyyar evini təqdim edir.

“King Aire”

İnanılmaz səslənsə də siyahıda ən ucuz səyyar ev 936 min dollar qiyməti olan “King Aire” - dir.  2019 modeli olan karavanda texnalogiya və dizaynın balansı öz sözünü deyir. Avtomobildə çarpayı və kreslolar rahatlığı ilə diqqət çəkir. “King Aire” həm də geniş interyeri ilə seçilir.

Avtomobilin daxili dizaynı ilə yanaşı, hərəkət keyfiyyəti də kifayət qədər yüksəkdir. 605 at gücündə “Cummins” mühərrikinə sahib olan “King Aire”, həmçinin sürücünün  təhlükəsizliyini təmin etmək üçün yaxşı təchiz edilib. Belə ki, sürücü oturacağından avtomobilin hər bir nöqtəsini idarə etməyə imkan verən planşet yerləşdirilib.

“Foretravel”

Keçmiş dəmiryol meneceri Lile Rid təqaüdə çıxdıqdan sonra qurduğu “Foretravel”-də istehsal etdiyi avtomobillərlə məşhurlaşıb. “Foretravel” IH-45 yoldakı titrəşimləri və yolun səs-küyünü azaltmaq üçün nəzərdə tutulub.

Yüzlərlə lüks xüsusiyyətləri olan IH-45 geniş interyerə malikdir. Ön tərəfdə əsas qonaq otağı, mətbəx və vanna otağı olan bu lüks səyyar evin tavanı da ecazkar dizaynı ilə fərqlənir. 1.3 milyon dollara olan ev 600 at gücünə malik mühərrikə sahibdir.

 “Performance II”

Alman istehsalçısı Volkner Mobil tərəfindən istehsal edilən “Performance II” modelinin ən diqqət çəkən xüsusiyyəti aşağı bölməsində gizlənmiş gizli qaraja sahib olmasıdır. Şirkət idman avtomobillərini daşımaq üçün belə bir dizayn hazırlayıb. Səyahət zamanı sərnişinləri və sürücünü narahat etməmək üçün səssiz mühərrikdən istifadə edilib.  Bu treylerin istehsalına Volvo və Mercedes-in dəstək verdiyi də bildirilir.

 

1.5 milyon dollar qiymətində olan avtomobil mətbəx, istirahət otağı, yataq otağı və tam təchiz olunmuş əyləncə dəsti ilə portativ evə çevrilir.

“Newell Coach 1488” 

Təxminən 14 metr hündürlüyü ilə diqqət çəkən “Newell Coach 1488” daxili dizaynı ilə kral otağını xatırladır. Mərmər döşəməsi, iki vanna otağı, geniş yataq otağı və tam təchiz olunmuş mətbəxi ilə uzun səfərlər üçün tam rahatlıq təklif edən “Newell Coach 1488”, həmçinin, paltaryuyan, quruducu və iki televizordan ibarətdir.

 

1.7 milyon dollar qiymətində olan səyyar evdə sürücünün rahatlığı üçün qabaq oturacaqda isitmə və masaj sistemi var.

 “Prevost H3-45”

Dünyanın xüsusi səyyar evlərindən biridir.  O, qonaq otağında yüksək keyfiyyətli mebelləri, geniş ekranlı televizoru və rahat kresloları ilə seçilir. Avtomovilin mətbəxi soyuducu, soba, qabyuyan maşın  ilə təchiz olunub.  

Günəş şüalarından qorunmaq məqsədilə tamamilə polarizer filtrlərlə örtülən avtomobilin xarici görünüşü də çox maraqlıdır.

1.7 milyon dollara olan “Prevost H3-45”, demək olar ki, səssiz işləyən Volvo D13 mühərrikinə sahibdir. Səyyar evdə sürücünün təhlükəsizliyini təmin etmək üçün bir çox elektron qoruyucu sistemlər də mövcuddur.

“Featherlite Vantare Platinum Plus”

Bu ev dəbdəbəli saraya bənzəyir.  2.5 milyon dollar  qiyməti olan avtomobilin dizaynında  italyan dərisi, İnka mərmərləri və Svarovski kristallarından istifadə edilib.

Onun aşağı hissəsində idman avtomobillərinin daşınması üçün gizli qaraj var. Tam təchiz olunmuş mətbəx, iş ofisi, yataq otağı və qonaq otağından ibarət “Platinum Plus Featherlite”-nin “Vantare” seriyasının ən dəbdəbəli modelidir.

Avtomobil  sürücünün rahatlığı üçün tıxacı və hava proqnozunu  göstərən “Avic N-2 GPS” sistemi ilə təchiz edilib.

 “The Heat”

Floridada yerləşən “Anderson Mobile Estates” şirkəti tərəfindən hazırlanmış “The Heat” 1200 kvadratmetrlik böyük bir sahəyə malikdir. Aktyor Uill Smitin ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmış treyler “Qara geyimli adamlar 3”, “Əli” və “Xoşbəxtliyin arxasınca” filmlərinin çəkilişləri üçün istifadə edilib. 

Avtomobildə film çəkilişlərində istifadə üçün nəzərdə tutulan və bütün növ ləvazimatlarla təchiz olunan böyük makiyaj güzgüsü, tam təchiz olunmuş mətbəx və 25.000 dollar qiyməti olan vanna otağı mövcuddur.

30 ton ağırlığında və 22 təkərli “The Heat” 30 nəfərlik tutuma malikdir. 2.5 milyon dollar qiymətində olan avtomobil hidravlik sistem vasitəsilə yana və yuxarıya doğru genişlənə bilən dizaynla dünyanın ən maraqlı səyahət evi hesab edilir.

“Marchi Mobile eleMMent Palazzo Superior”

Dünyanın ən bahalı səyyar evi hesab edilən “Marchi Mobile eleMMent Palazzo Superior”-un dəyəri 3,1 milyon dollardır.

Avtomobil demək olar ki, tamamilə karbon lifli materialdan hazırlanıb. Orada yerləşən böyük yataq otağında İngiltərə kral ailəsinin çarpayılarını istehsal edən və dünyanın ən rahat döşək istehsalçısı kimi tanınan şirkətin məhsullarından istifadə edilib.

Avtomobil 13,70 metr uzunluğundadır. Buraya geniş yaşayış sahəsi, tam təchiz olunmuş mətbəx, vanna otağı, iki yataq otağı, SPA sahəsi  daxildir. 6 silindrli, 600 at gücünə malik Volvo mühərriki olan super ev digərləri ilə müqayisədə yanacağa 20% qənaət edir.

Aliyə İlyas

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Krasnoyarsk şəhərinin meri saxlanılıb
17:18 09.06.2025
Bu ölkə Rusiyaya görə qırıcıları havaya qaldırdı
17:11 09.06.2025
Azərbaycan millisinin futbolçusu Portuqaliya klubuna transfer oluna bilər
16:22 09.06.2025
LAPD: İmmiqrasiya reydlərinə qarşı etirazlarda 56 nəfər həbs olunub
11:32 09.06.2025
Hindistanda hərəkətdə olan qatardan sərnişinlərin düşməsi faciə ilə nəticələndi
11:19 09.06.2025
Azərbaycan Suriyada Qurban bayramı münasibətilə növbəti xeyriyyə aksiyası keçirdi
10:57 09.06.2025
Erməniləri ifşa edən ermənilər
10:20 09.06.2025
Yəməndə məscidə silahlı hücum: 9 nəfər ölüb, 12 nəfər yaralanıb
09:41 09.06.2025
İyunun 11-də çiyələk ayı səmanı işıqlandıracaq
09:23 09.06.2025
Kriştianu Ronaldu tarix yazdı: növbəti beynəlxalq kubok
08:03 09.06.2025
İsrail Qreta Tunberqin olduğu gəmini saxladı
08:01 09.06.2025
Avstraliyada antisemitizm artır: Yəhudilərə qarşı səyahət məhdudiyyətləri tətbiq olunur
07:40 09.06.2025
ABŞ Ukraynaya vəd etdiyi 20 min raketi Yaxın Şərqə göndərdi — Zelenski narazıdır
07:34 09.06.2025
Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi
07:25 09.06.2025
Mourinyo "Fənərbağça"nın qarşısında şərt qoydu
06:09 09.06.2025
Baffet pul xərcləməyin mənasız olduğu beş şeyin adını açıqladı
03:45 09.06.2025
İrəvanda Matviyenkonun gəlişinə etiraz edildi
12:19 06.06.2025
Saxta Pasportla Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
11:51 06.06.2025
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
11:38 06.06.2025
"İran ballistik raketlərin yanacağı üçün Çindən xammal alır"
10:36 06.06.2025
Nə Çin səddi, nə də piramidalar: Kosmosdan aydın görünən tikili açıqlandı
10:05 06.06.2025
“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
09:42 06.06.2025
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
09:27 06.06.2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
08:01 06.06.2025
Çində qlobal internetə giriş verməyə başlayıblar
06:03 06.06.2025
"İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib"
00:15 06.06.2025
NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
00:09 06.06.2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:01 06.06.2025
"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Hamısı