Fillər ümumiyyətlə Asiya və Afrika olaraq iki növə bölünür. Quruda yaşayan heyvanların ən böyüyü olan Afrika fili Asiya fili növündən daha böyükdür. Orta hesabla bir Afrika filinin çəkisi 7-8 ton olduğu halda, Asiya fillərinin çəkisi yalnız 5 tona çata bilir.
Filləri digər məməlilərdən fərqləndirən ən mühüm xüsusiyyət xortumlarıdır. Onların xortumlarında sümük yoxdur və dillərin də
100.000 növ əzələ qrupu var.
Fillər insanlar qədər, hətta daha uzun yaşaya bilər, orta ömrü 70 ildir. Bu gün fillər nəsli kəsilməkdə olan heyvanlardan biridir .Filləri əsasən dişlərinə görə ovlayırlar. Fil dişinin ovlanması çox vaxt heyvanın ölümü ilə nəticələnir, çünki dişlər filin kəlləsinə yerləşdirilir və sinir onun mərkəzindən keçir.
Fillərin hamiləlik müddəti təxminən 2 ildir və onlar hər 7 ildən bir doğur. Yeni doğulan fil balasının çəkisi orta hesabla 100 kilodur və 3 il anasının qayğısına ehtiyacı var. Fillər qrup halında yaşayıb hərəkət etdikləri üçün bala fillər daim ailə üzvlərinin himayəsində olurlar. Yetkinlik yaşına çatdıqdan sonra erkək fillər ailə qruplarını tərk edir.
Fillər əsrlər boyu müharibələrdə tank rolunu oynamış və onların dərilərindən və dişlərindən çoxlu döyüş alətləri əldə edilmişdir. Hindistanda hələ də əlçatmaz dağlarda və meşələrdə fildən səyahət vasitəsi kimi istifadə olunur.
Aynurə İsmayılqızı