Ermənistanın yüksək vəzifəli rəsmilərinin bəyənatları və qeydləri dövlətçilik anlayışından kənara çıxır.
Eurasia Diary Ermənistanın "Aysor" xəbər saytına istinadən xəbər verir ki, bu sözləri keçmiş Milli Təhlükəsizlik Xidməti rəhbəri Artur Vanetsyan söyləyib.
"Mən bizim güc strukturlarımızın yüksək çinli zabitlərimizin və məmurlarımızın onların bu bəyanatlarının bizə dost, qardaş və qardaş olmayan və düşmən olan dövlətlər tərəfindən qeyd olunduğunu və müxtəlif dairələrdə bunları təhlil etdiklərini bilmələrini istəyirəm. Bu şəkildə dövlətimizin mövcud vəziyyəti və gələcəyi haqqında fikirlər formalaşdırırlar. Bir çox ayların fasiləsiz canlı yayımları dövlətimizə ciddi ziyan vurdu".
"Bu əyləncə və ya yumor mövzusu deyil, bu milli təhlükəsizliyimizə ciddi zərərdir. Mən risk səviyyəsini ifadə etməyə söz tapmıram. Başqa dövlətlər bizim bəzi məmurların, deputatların və nazirlərin təsadüfən seçildiyini və Ermənistanda ciddi yanaşılmadıqlarını bilməməlidirlər. Başqa dövlətlər onları Ermənistanın nazirləri kimi qəbul edirlər", deyərək Vanetsyan onların hansı sirlərin dərc olunduğunu, hansı münasibətlərə zərər verildiyini, hansı proseslərin kömək etdiyini və ya etmədiklərini belə anlamadıqlarını söyləyib.
"Müvəqqəti olaraq, nə qədər ki indiki hakimiyyət davam edir, Qarabağ, Aprel və Tovuz döyüşləri, diaspora və lobbiçilik fəaliyyətimiz kimi mövzularda az danışılmağını məsləhət bilirəm, dedyim kimi bu müvəqqəti həll yoludur", keçmiş milli təhlükəsizlik xidməti rəisi deyib.