Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır

Azərbaycan Prezidenti: <span class="text-danger">Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır</span>

“Mənim tərəfimdən bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar. Bildiyiniz kimi, həmişə çalışmışam ki, təvazökarlığımı itirməyim. Artıq 23 ilə yaxındır ki, bu kürsüdəyəm. Bu illər ərzində Azərbaycan haradan hara gəlib, bunu xalqımız yaxşı bilir”.

EDnews xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı Azərbaycan xalqına müxtəlif dövrlərdə bir çox müraciətlərinin olduğunu xatırladıb: “Həm işğal və müharibə dövründə, həm də müharibədən sonra müraciətlərim olub. Əlbəttə ki, müharibədən sonra bu müraciətlər də fərqlənib. Çünki biz fərqli situasiyada idik. İşğal dövründə keçmiş məcburi köçkünlərlə görüşlər əsnasında müraciətlərim ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər və iradələrini möhkəm tutsunlar, mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. Bir neçə dəfə bu barədə danışmışam, fürsət düşmüşkən deyə bilərəm ki, illər keçdikcə onların ümidlərinin yavaş-yavaş tükəndiyini görürdüm. İnsanların gözlərindəki nisgil, ümidsizlik daha çox sezilirdi. Mən isə onlara nə vaxt, nə zaman, nə olacağını deyə bilmirdim. Deyirdim ki, inanın və onlar da inanırdılar. 17 il - bu az müddət deyil. Onlar gözləyirdilər və mənim sözlərimə inanırdılar, aparılan işlərə də həmişə dəstək olurdular. Müharibə dövründəki müraciətlərim də yaxın tarixin hadisələridir, bunu təkrarlamaq istəmirəm”.

Prezident İlham Əliyev qeyd edib ki, müharibədən sonrakı dövr çox çətin olub: “Müharibə qədər olmasa da, çox çətin idi. Müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi. Onu qəbul etmək istəməyən kifayət qədər qüvvətli dövlətlər, dairələr və ayrı-ayrı şəxslər var idi. Bizim qələbəmizi əlimizdən almaq, onu yarımçıq etmək və ya yenə də Azərbaycanı asılı vəziyyətdə saxlamaq, Azərbaycanın tam ədalətin bərpasına nail olmaması üçün müxtəlif fitnələrin təşkil olunurdu. Bütün bunları biz yaxşı xatırlayırıq. Mənim də müraciətlərim ondan ibarət idi ki, gəlin, biz müharibədəki qələbəni indi qeyd etməyək. Gəlin, daha fəal olaq. Çünki hələ görüləsi işlər çoxdur. Bir qrup keçmiş məcburi köçkün də yenə də bu sözlərə inanıb gözləyirdi ki, gün gələcək onlar da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Həm Qaladərəsi kəndində, həm də Güney Xırman və Quzey Xırman kəndlərində srağagün bir qrup keçmiş məcburi köçkünlə görüşdə dedim ki, 2020-ci ildə müharibə bitəndə və biz qələbə çalanda bu torpaqlar hələ işğal altında idi. Amma siz inanırdınız ki, gün gələcək bu torpaqlara qayıdacağıq və o gün gəldi. Müraciətlərim fərqli olsa da, məzmunca onların ana xətti dəyişməz olaraq qalır. O da budur ki, biz ancaq özümüzə güvənə bilərik. Bu gün artıq bu barədə danışdım. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, uzun illərdən bəri onlardan heç biri sözün əsl mənasında Azərbaycan xalqının inkişafında, Azərbaycanın o vaxtkı müstəqil olmayan respublikasının inkişafında heç bir rol oynamayıb. Biz ümumittifaq büdcəsinə aldığımızdan daha çox verirdik. Neft aparılırdı. Sumqayıt şəhəri ekoloji fəlakətə məruz qoyulub. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmış, torpaqlarımız da əldən getmişdi. Ancaq özümüzə və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır. Bəlkə də bunu bu gün demək o qədər də məntiqli səslənməz, çünki Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir. Çünki bu ürəkdən gələn, insanların zehnindən gələn və eynilə iki çayın birləşməsinə bənzəyən bir şeydir. Həm qəlbdən, həm də fikir olaraq. Biz gələcəyə baxmalıyıq, dünya dəyişir. Yeni təhdidlər və təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşirsə ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, bilməlidir ki, bu heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır.

Mübarizə öz hüquqlarımızı, öz milli kimliyimizi qorumaq üçün, müstəqilliyimizi öz əlimizdə saxlamaq üçündür. Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq. Amma nəticə etibarilə böyük oyunların qurbanına çevrilirlər. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa-dirçəliş dövrünü görür və bu prosesin iştirakçısıdır”.

Azərbaycan Prezidenti gənc nəslə müraciət edərək, milli kimliyi hər şeydən üstün tutmağa çağırıb: “Milli kimlik, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, olur belə hadisələr. Amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan. İşğalçının diktəsi ilə oturub durmamalısan. Bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq. Hardasa 20, 30, 50 ildən sonra onlar da bizim kimi olmalıdırlar. Vətənə bağlı, mətin, iradəli, güclü ki, daim Azərbaycan yüksəklərdə olsun”.

Xəbər xətti

İnsan beyninin “xəritəsi” yaradıldı: alimlərdən mühüm kəşf
03:00
ABŞ Prezidenti: İran rəhbərliyinin harada olduğunu bilirik
02:16
Çin “DeepSeek anı” ilə texnologiyada yeni dövr başladığını bəyan edir
02:15
5,5 milyonluq nadir kərtənkələlər Polşaya aparılarkən tutuldu
02:00
CENTCOM İrana yeni zərbələr dalğasını elan etdi
01:17
Alimlərdən sensasion iddia - HƏYAT YENİDƏN BAŞLAYIR
00:51
Diyetoloqdan vacib xəbərdarlıq - "Bu səhvi etməyin!"
00:41
14.07.2026
Tramp xalqa müraciət edəcək
23:40
Aİ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır – KALLAS TARİXİ AÇIQLADI
23:30
Rusların sursat anbarı VURULDU
23:20
"Neftçi" son yoxlama oyununda rəqibinə uduzub
22:49
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
22:29
Beynəlxalq dil sertifikatları ilə bağlı müzakirələrə DİM-dən CAVAB
21:50
Ukraynanın Baş naziri İSTEFA VERDİ
21:40
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:30
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB 2
20:59
PSJ Luka Dinin transferini TAMAMLAYIR
20:35
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:25
Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda üç ölkənin nümayəndələrilə görüşüb
19:59
Hikmət Hacıyev: "Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial var"
19:45
Hikmət Hacıyev: Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir
19:39
İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILIB
19:29
ABŞ-də YENİ QURUM YARADILDI
19:05
“Mən dəliyəm?” qorxusu, yoxsa yüksək qiymətlər: Azərbaycanda niyə psixoloqlardan qaçırlar?
19:00
Cadugərə pul verdi, arvadı yoxa çıxdı: MÜƏMMALI QƏTL
18:45
İran müharibənin regiona yayılacağı barədə xəbərdarlıq etdi
18:35
"Prezidentin sülh mesajı beynəlxalq hüquqa əsaslanan regional təhlükəsizlik çağırışıdır" - RƏY
18:20
Narkotik şəbəkələrinə qarşı əməliyyat: 1 780 nəfər tutuldu
18:00
Hörmüz yenidən bağlandı: Tramp hansı addımı atacaq?
17:50
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
17:35
Netanyahu üçün "sınaq imtahanı": Seçki Yaxın Şərqdə nəyi dəyişəcək?
17:30
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:26
Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
17:22
Baş nazir Rusiyanın səhiyyə naziri ilə görüşdü
17:18
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17:14
Aİ Moldovanın hava hücumundan müdafiə sisteminə 120 milyon ayıracaq
17:08
ABŞ Hörmüz boğazını nəzarətə götürür- Tramp
17:07
Şahruddin "Qarabağ"dan ayrılır? - Klubdan AÇIQLAMA
17:00
Makron Aİ ölkələrini silah istehsalını artırmağa çağırdı
16:41
Macarıstan parlamentinin fövqəladə iclası müxalifətsiz başladı
16:35
Rafael Ağayevə ağır itki
16:23
NATO tarixinin ən böyük böhranını yaşayır - Sabiq nümayəndə
16:20
Şri-Lankada denq həyəcanı
16:15
Velosiped oğurları saxlanıldılar
16:11
IV Şuşa Qlobal Media Forumundan VERİLƏN MESAJLAR
16:06
Aİ azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq
15:55
Səna hava limanı vuruldu - SON DƏQİQƏ!
15:42
Geomaqnit qasırğası gözlənilir
15:33
Hikmət Hacıyev “TikTok” və “LinkedIn” rəsmiləri ilə uşaqların onlayn müdafiəsini müzakirə edib
15:13
Oğuzda kişi MEYİTİ TAPILIB
15:10
ABŞ İrana raket zərbəsi endirdi
15:00
Dani Roxas peşəkar futbolda debüt edib
14:50
Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
14:43
Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı
14:39
Peter Teyz: "Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə inkişaf edir"
14:33
1421, 8 hektar ərazi minalardan təmizlənib
14:28
"Zəngəzur dəhlizi regionun iqtisadi xəritəsini dəyişəcək" – MİLLƏT VƏKİLİ
14:21
FETÖ-yə qarşı 9 mindən çox əməliyyat keçirilib
14:10
Peskov Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı danışdı
13:57
“Bavi” qasırğası Çini vurdu
13:43
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR