Çinin şimal-şərq və şərq bölgələrində təsirini göstərən “Bavi” tayfunu güclü yağış, sel və daşqınlara səbəb olub.
EDnews xəbər verir ki, bu barədə Çin Milli Meteorologiya Mərkəzindən məlumat yayıb.
Tayfunla bağlı xəbərdarlıq səviyyəsi yüksəldilib. Lyaonin əyalətinin Şenyan şəhərində məktəblərdə tədris dayandırılıb, tikinti işləri və açıq hava tədbirləri ləğv olunub, 94 turizm məkanı bağlanıb. Sel səbəbindən bəzi yollar bağlanıb, metro və avtobusların fəaliyyətində fasilələr yaranıb.
Daşqınların nəticələrinin aradan qaldırılması üçün 3500-dən çox xilasedici cəlb edilib. Hebey əyalətində sel nəticəsində avtomobillər axına qapılıb, doqquz kəndlə nəqliyyat əlaqəsi kəsilib. Anxoy əyalətində isə 61 mindən çox sakin təxliyə olunub.








