Suriyada gərginliyin ümumi mənzərəsi Türkiyə və Rusiya əks cəbhələrdə

Suriyada gərginliyin ümumi mənzərəsi <span class="text-danger">Türkiyə və Rusiya əks cəbhələrdə</span>

Son günlərdə Türkiyə ilə Rusiya arasında Orta Şərqdə və digər bölgələrdə nüfuz rəqabəti kəskin şəkil alıb. Buna qədər heç bir zaman tam yekun uzlaşmaya varılmamasına baxmayaraq, tərəflər təzyiqin həddən artıq yüksəlməsinə şərait yaratmırdı. Amma son günlər fərqli situasiya nəzərə çarpır.

Suriyada təhlükəsizliyə nəzarət edən əsas güclər olan Türkiyə və Rusiyanın mövqelərinin yenə toqquşduğu müşahidə olunur. Rusiyanın dəstəklədiyi Əsəd rejimi mülki insanların da yaşadığı əraziləri hədəfə almasının nəticəsində çoxlu günahsız insanlar həlak olub.

İdlib bölgəsində gərginliyin son günlərdə artması və Türkiyənin terrorçulara qarşı apardığı aktiv əməliyyatlar regionda hərarətin yüksək olduğunu göstərir. Təbii ki, son baş verənlər həm regionun sabitliyi və həm də Türkiyə və Rusiya əlaqələrinə ciddi təsir göstərən hadisələrdir.

Ankara Böhran və Siyasət Mərkəzinin beynəlxalq münasibətlər üzrə eksperti Doğacan Başaran Suriyada artan gərginliyin səbəblərini və ümumi mənzərəni Eurasia Diary üçün şərh edib.

İlk öncə, ekspert hadisələrin tarixinə nəzər salaraq, Türkiyənin maraqlarına toxunub. O, regionda iki gücün anlaşmazlığının açıq aşkar ortada olduğunu bildirib.

“Suriya məsələsinə dair Türkiyə və Rusiya Astana formatında əməkdaşlıq edir. Bu format regionda ABŞ-a qarşı güc balansı yaratmaq məqsədini güdür. Vaşinqton Fərat çayının şərqində YPG terror qruplarını dəstəkləyir və buna qarşı isə Türkiyə, Rusiya və İran birlikdə hərəkət edir. Türkiyənin bu formatda iki əsas razılaşmadığı məqam var. Birincisi Suriya hakimiyyəti ilə bağlıdır. Türkiyə burada Əsəd rejimini dəstəkləmir və demokratik dövlətin qurulmasını istəyir. İkincisi isə İdlib məsələsidir. Burada hər keçən gün Türkiyə ilə Rusiyanın anlaşmazlığı daha da aydınlaşır. Soçi görüşündə İdlib ərazisində silahların durdurulması razılaşdırılmışdı. Türkiyə Suriya vətəndaş müharibəsindən ən çox əziyyət çəkən ölkələrdən biridir. Təxminən 5 milyona yaxın qaçqına ev sahibliyi edir. Türkiyə yeni qaçqın axınının olmasını isə heç istəmir. Çünki buna sosial, iqtisadi və mədəni olaraq tab gətirə bilməyəcək. Beləliklə, İdlibdəki əməliyyatların artımı Türkiyəni daim narahat edib”, deyə ekspert söyləyib.

Bu il 16-17 fevral tarixində keçirilən Soçi görüşü zamanı Moskva və Dəməşq İdlibdə radikal ünsürlərin təmizlənməsi şərtini irəli sürüb. Ekspert Türkiyə üçün bu öhdəliyin çətin və zaman tələb edən olduğunu bildirib.

“Bu vaxtda isə Rusiyanın əməliyyatları artırması, Dəməşq hökumətinin mülki vətəndaşları vurması və Rusiya istehsalı raketlərdən istifadə gərginliyin artdığını göstərir. Keçən il İdlibdə türk əsgərlərinin şəhid olduğu hücumlara da şahid olmuşuq. Bunları birlikdə ələ aldıqda, İdlib məsələsində baş verənlərin Astana formatının dalana dirənməsinə gətirib çıxartdığını müşahidə edə bilərik”, deyə Doğacan Başaran söyləyib.

Türkiyənin cənub sərhədlərindən söz düşəndə PKK-nı unutmaq olmaz. Son zamanlar Türkiyənin fəal şəkildə anti-terror əməliyyatları aparması regionda PKK terrorçularının aktivliyini göstərir. Ekspert Türkiyənin bu bölgədə ümumi mənzərəsini izah edib: “Türkiyə Fərat çayının qərbində, Rusiya isə şərqində ABŞ ilə qarşı-qarşıyadır. Bu vəziyyət bir tərəfdən YPG-nin ABŞ tərəfindən dəstəkləndiyini göstərsə də, digər tərəfdən Türkiyə və Rusiya arasında narazılığın olduğu məqamda bir aktor kimi istifadə oluna biləcəyini göstərir. Bu da Türkiyəni narahat edən vəziyyətdir. Çünki biz YPG -nin ABŞ tərəfindən dəstəkləndiyini müzakirə edərkən, bu terror təşkilatının Moskvada ofisinin də olduğunu nəzərə almalıyıq. Terror təşkilatlarının dəstəklənməsi mövzusunda Türkiyənin müttəfiq olaraq gördüyü oyunçularla problemlər yaşadığını görürük”.

Suriyada baş verənləri Türkiyə-Rusiya qarşıdurması kimi nəzərdən keçirmək lazımdır. Bu güclər eyni zamanda Liviyada və Ukraynada narazılıq içindədir. Rusiya Türkiyəyə qarşı təzyiqləri məhz bu yerlərdə aranı qarışdırmaqla edir.

“27 sentyabrda başlayıb 10 noyabrda bitən İkinci Dağlıq Qarabağ müharibəsi Ermənistana siyasi böhran da gətirib. Müharibə zamanında Rusiya hökumətinin Paşinyanı qərbpərəst siyasətini cəzalandırdığını da gördük. Moskva Paşinyanın bəlkə də devrilməsinə səbəb ola biləcək müharibədə tərəfsiz qalmışdı. Bundan başqa Ermənistanda etirazlar baş verir. Müxalifət Rusiyaya yaxınlığı ilə tanınan Vazgen Manukyanı ortaq namizəd kimi təqdim edir. Qarabağ klanının üzvləri olan keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryan siyasətə qayıtmaq məqsədini güdür. Bu siyasətçilər Qarabağın geri alınmasını istəyirlər. Qərbyönümlü Paşinyanın vəzifədən getməsi Rusiyanın işinə yarayır və Qarabağda ola biləcək mümkün toqquşmada Rusiya Ermənistanı dəstəkləyəcəyi mənasına da gəlir. Suriyadakı Türkiyə və Rusiya narazılığını nəzərə alsaq, bunun Qarabağa da təsir edə biləcəyini söyləmək lazımdır”, deyə Doğacan Başaran şərhini tamamlayıb.

Ülvi Əhmədli

Xəbər xətti

Bu üç ölkə nümayəndələri Ermənistana səfər edəcək
21:55
Zəncirvari qəza: XƏSARƏT ALANLAR VAR
21:45
İspaniya - Kabo Verde oyununda ikinci hissə başlayıb
21:35
Ərdoğan ABŞ-İran-İsrail müharibəsindən danışıb: "Bölgə rahat nəfəs aldı"
21:21
Hörmüz boğazı yenidən açılır? - AÇIQLANDI
21:11
Netanyahu ABŞ-İran razılaşmasından sonra ilk dəfə danışacaq
20:50
Trampdan İrana xəbərdarlıq: Sanksiyalar ləğv edilməyəcək
20:40
Makron İranın uran ehtiyatlarından danışıb
20:30
ABŞ və İran arasında memorandum imzalandı
20:20
Pezeşkian: Tehran danışıqlardan “qalib” çıxıb
19:49
Rusiya XİN-dən qələbə mesajı
19:29
Tramp İran sazişi ilə bağlı Cenevrəyə gəlib
19:19
Aİ rəhbəri: "Bu halda İrana qarşı sanksiyalar aradan qaldırıla bilər"
18:51
ABŞ-dən İrana yeni mesaj: “Əlimizi uzadırıq”
18:30
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olundu
18:11
Tovuzda bir nəfər suvarma kanalında batıb
18:00
NATO-dan Rusiyaya xəbərdarlıq: “Hər qarış müdafiə olunacaq”
17:55
Yollarda görünüş məhdudlaşacaq
17:39
İran ABŞ ilə memorandum imzaladıqdan sonra neft məhsullarını sata biləcək?
17:25
"Kızılcık şerbeti"nin aktrisası vəfat etdi
17:05
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verdi
16:50
Ağdamda çoban çobanı güllələdi: Ölən var
16:21
Bakıda tarixi bina sökülüb? - RƏSMİ AÇIQLAMA
16:11
Zelenski Putinə GÖRÜŞ TƏKLİF ETDİ
16:00
Şuşadan yüksələn qardaşlıq salnaməsi: Müttəfiqliyin 5 ili
15:55
Dünya liderləri Fransada toplaşır: G7 sammitində əsas mövzular açıqlandı
15:34
Bu ölkədə seçkilər zamanı internet söndürüləcək
15:24
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib
15:14
“Ermənilərlə düşmənçilik sonsuz davam edə bilməz” – Xalq artisti
14:59
Brilliant Dadaşova: “Toylarımızda “Vağzalı” sıradan çıxır”
14:46
Köçəryan Azərbaycana TƏHVİL VERİLƏCƏK? - SENSASİON MƏLUMAT AÇIQLANDI
14:16
Trampdan İrana Xəbərdarlıq
13:56
“Cənubi Qafqaz real sülhə heç vaxt bu qədər yaxın olmayıb”
13:41
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
13:31
Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək
13:21
ABŞ–İran razılaşması UZUNÖMÜRLÜ OLMAYACAQ- ŞOK AÇIQLAMA
13:00
Sabah havanın temperaturu yüksələcək
12:56
Pakistan ABŞ-İran razılaşmasına ev sahibliyi edəcək
12:46
Rusiyanın Kiyevə hücumunda tarixi MONASTIR YANDI
12:27
Zelenskidən ÇAĞIRIŞ: “Ukraynaya daha çox hava müdafiəsi lazımdır”
12:20
ABŞ-də faciəvi qəza: HƏLAK OLANLAR VAR
12:15
Böyük Britaniya uşaqlar üçün sosial mediaya çıxışı qadağan edir
12:09
“15 iyun Azərbaycanın dövlətçilik tarixinə gələcəyin rəmzi kimi yazılıb” - MİLLƏT VƏKİLİ
11:59
Azərbaycan XİN-dən ABŞ və İran razılaşmasına münasibət
11:55
SON DƏQİQƏ! Flora Kərimovanın vəziyyəti ağırlaşıb? - Qızı xaricdən gəldi...
11:43
İsrail İranla razılaşmaya baxmayaraq Livandan çəkilmir
11:20
Rusiya Ukrayna şəhərlərinə kütləvi zərbələr endirib: ölən və yaralananlar var
11:12
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda göndəriləcək
11:00
Bloqerin bacısı avtoqəzada həlak olub
10:57
Neft qiymətləri KƏSKİN UCUZLAŞDI
10:50
Şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
10:41
Tehran: “ABŞ üzərində qələbə qazandıq”
10:35
Aİ ABŞ-İran sazişinə münasibət bildirib
10:29
Türkiyənin Azərbaycandakı Səfirliyi Şuşa bəyannaməsi ilə bağlı paylaşım edib
10:26
Ağır qəza: Bir ailə xəstəxanalıq oldu
10:20
Pakistan Prezidenti ABŞ və İran razılaşmasına münasibət bildirib
10:16
Qətərdən ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA
10:06
Rıbinskdə sənaye obyektində YANĞIN DAVAM EDIR / VİDEO
09:58
Avtomobil 67 yaşlı kişini vuraraq öldürüb
09:55
Türkiyə səfirliyi Azərbaycana təbrik
09:49
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR