Zaman keçdikcə daha da dəyərlənəcək qələbə - Zəfər Gününün 3 ili

Analitika 09:00 08.11.2023

8 Noyabr – Zəfər Günü, Azərbaycanın tarixində tutmuş olduğu və hər zaman tutacağı, xatırlanacağı qürurlu günüdür. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 
Sentyabr ayının 27-də başlayaraq, ta ki, noyabrın 10-na qədər elə bir gün olmadı ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevə, dövlətinin digər ali hakimiyyət orqanlarının rəhbərlərinə savaşı dayandırmaqla bağlı təzyiq dolu zənglər gəlməsin. Azərbaycan ordusu ilə birgə xalq da öz dəstəyini əsirgəməyərək öz dəstəyini fərqli – fərqli platformalarda, media sahəsində, qurumlarda göstərərək mübarəzəsini aparmışdır.

8dbb2832-ae9f-4dea-9443-2e30cd712221.jpg

Ermənilərin əziz dostu Fransanın prezidenti Emmanuel Makron sakit kənara çəkilir, Almaniyanın kansleri Angela Merkel durmadan zəng edir, ondan sonra Brüsseldən, ATƏT-dən, Avropa İttifaqından, Avropa Şurasından zənglər gəlirdi. Vaşinqtonun başı öz daxili işlərinə qarışsa da, ən azı Senatın nümayəndələr palatasının spikeri Nensi Pelosi, senatorlar Frenk Pallone, Robert Menendes və başqaları ABŞ dövlətinin adından danışırdılar. Onların hamısı 28 ildən çox işğal altında qalan torpağını azad etmək istəyən Azərbaycan dövlətinə hərbi əməliyyatların dayandırılmasını “əmr edirdi”.

Onlar zənn edirdilər ki, 30 il boyunca boyun qaçırdıqları münaqişədən yenə bir – iki qətnamələr verib, “qınayıb”, rahatlıqla həll edəcəkdilər. Lakin bu baş vermədi, Azərbayan ordusu öz müvəffəqiyyətini, suverenliyini, realist və doğru siyasətini məkanda tətbiq etdi.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl(04.10.2020), Füzuli(17.10.2020), Zəngilan(20.10.2020), Qubadlı(25.10.2020), Şuşa(08.11.2020), Ağdam(20.11.2020), Kəlbəcər(25.11.2020), Laçın(01.12.2020).

71be599638739ae2299d86473e91e9ce.jpg

Bununla birlikdə Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. 8 noyabr zəfəri isə təkcə hərbi poliqonda qazanılmadı, eyni zamanda diplomatik cəbhədə, informasiya məkanında qazanıldı və uğurlu həmlələr bir-birini tamamladı.

Bu gün isə həmin Zəfər Gününün 3 – cü ildönümü olacaq və keçirildiyi gün çox xüsusi bir şəkildə qeyd olunacaq. Xalq bu zəfəri daha coşqulu, daha təntənəli qeyd edəcək. Şəhidlərimiz daha çox əzizlənib, qazilərimizə isə daha böyük dəyərlər veriləcək. 
Hazırda bütün bu reallıqlar ayrı bir sferada Azərbaycan xalqının sevincinin həddi – hüdudu olmayacaq bir şəkildə qeyd olunacaq. Artıq Azərbaycan ordusu öz ərazilərinin suverenliyini bərpa etmiş, seperatçıları ərazisindən qovaraq özünün möhkəmliyini təmin etmişdir. Azərbaycan Respublikası söylənilən fikirlərə əhəmiyyət verməyərək seperatçıların “tetris”ə bənzər bayraqlarını aradan qaldırdılar.

16973912071311662959_1200x630.jpg

Sözsüz bütün bunlara rəsmi şəkildə son qoyacaq hadisə isə elə Xankəndidə, Azərbaycan ordusunun keçirəcəyi paradda yaşanacaq. Qondarma rejimin vaxtilə fəxrlə nümayiş etdirdiyi ordusunun, həmin məkanında indi Azərbaycanın şanlı ordusu hərbi parad keçirəcək. Özü də, Zəfər Bayramı Günündə. Bu artıq bütün xalqımızın sevincə qərq olmasına, şəhid və qazi analarının hüznlə sevincinin ahənginə və rahatlayışına səbəb olacaq. Bununla da biz bütün dünyaya və ələxsus Ermənistan hökümətinə öz sözümüzü əməldə, növbəti bir akt ilə  nümayiş etdirmiş olacayıq.

1699304158_screenshot_2023-11-07-00-54-43-183_org.telegram.messenger-edit.jpg
Bizə isə düşən vəzifə bu gözəl günü xalqa bəxş edənlərə minnətdarlıq bildirməkdir. Ali Baş Komandan Prezident İlham Əliyev başda olmaqla, döyüşən generallara, polkovniklərə, digər zabitlərə və naməlum əsgərə qədər qələbədə əməyi keçən hamıya təşəkkürlərimizi bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzu edirik.

Qarabağ Azərbaycandır! Yaşasın Qarabağ, yaşasın şanlı Azərbaycan!

Əkbər Novruz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı