ABŞ - ın Cənubi Qafqaz regionunda qurduğu məkrli planlar - ANALİTİKA

Analitika 17:00 23.11.2023

Son günlərdə ABŞ və onun Dövlət Departamentində fəaliyyət göstərən spikerləri, ictimaiyyətin bütün maraqlarını Cənubi Qafqaz regiona cəlb etmək üçün müəyyən qərəzli çıxışlar ediblər. Azərbaycanın Ermənistan suverenliyini “təhdid etdiyini”, Azərbaycana qarşı yenidən “907 – ci düzəliş”in qəbul edilməsini və USAİD təşkilatının rəhbəri Samanta Pauer 100 minə yaxın etnik erməni əhalisinin Qarabağdan “məcburi” köç etdirilməsini söyləyib. Qeyd etmək yerinə düşər ki, bundan əvvəl sentyabr tarixində regionumuzda olan xanım Pauer, səfər zamanı bir dənə də olsun Qərbi Azərbaycanlı ilə görüş keçirmədi. Halbuki dəfələrlə bununla bağlı müraciətlər olunub.

c6162a63-1207-3554-9697-b98f5cc96029.jpg

Xülasə, burada əsas sual, ABŞ – ın nə üçün regionda bu qədər aktivləşməsidir?

Apardığımız araşdırmalara əsasən ötən ilin sonunda ABŞ Administrasiyası 48 səhifəlik yeni Milli Təhlükəsizlik Strategiyasını dərc edib və burada bütün sualların cavabı qeyd olunub. Bu sənədin preambulasında Co Bayden prezidentliyinin ilk günlərindən dünyanın dönüş nöqtəsində olduğu qeyd edilir. Bu baxımdan Vaşinqtonun çağırışlara və imkanalara necə cavab verməsi onun inkişaf istiqamətini müəyyən edəcək. Hətta yalnız, Amerika xalqının deyil, bütün dünyanın təhlükəsizliyinə təsir göstərəcək.

“Dünya indi böyük dövlətlər arasında geosiyasi rəqabətin şərtlərini müəyyən edəcək həlledici onilliyin başlanğıcındadır. Eyni zamanda, Vaşinqtonun qarşısında duran əsas problem, sənəd müəllifləri nəhayət ki, Soyuq Müharibədən sonrakı dövrün başa çatması və bundan sonra nə olacağı ilə bağlı böyük dövlətlər arasında rəqabətin olması faktı adlandırırlar. Bununla belə, Vaşinqton hesab edir ki, bu gün dünyanın heç bir ölkəsi bu mübarizədə uğur qazanmaq yolunda ondan daha yaxşı mövqeyə malik deyil, çünki Birləşmiş Ştatlar dünya üzərində sahib olduğu maraqları bir çox ölkə ilə bölüşməsi onun müttəfiqlərinin çox olması anlamına gəlir”, - deyə ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında qeyd edilir. Tipik amerikan mövqeyi. Burada ələxsus post – sovet məkanında ABŞ – ın daha aktiv rola girməsi, əsasən də Xəzəryanı bölgədə Rusiyanın mövqeyinin zəiflədilməsi qeyd edilib.

Məqsəd Rusiyanı sıxışdırmaqdır.

Davam edən geosiyasi hadisələrin Cənubi Qafqz regionundakı vəziyyətə təsirinin təhlili göstərir ki, ABŞ region ölkələri ilə qarşılıqlı əlaqəni gücləndirməklə Rusiyanın ənənəvi maraqları əhatəsində öz təsirini gücləndirmək üçün cari qlobal proseslərdən istifadə edir. 

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasının müddəalarında, Mərkəzi Asiya və Cənubi Qafqaz Vaşinqton üçün mühüm maraq kəsb edən sahələr kimi sənəddə qeyd olunub.
“Əvvəla, bu region ABŞ üçün “Avropanın Rusiya qazından aslılığının azaldılması” və “Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi” probleminin həlli üçün effektiv bir vasitədir. Bu baxımdan, Birləşmiş Ştatlar Mərkəzi Asiya və Avropa ölkələrinə “Rusiyanın enerji müharibəsi taktikalarına qarşı müqavimətini artırmağa” kömək etməyə hazırdır”.

Bu məqsədə nail olmaq üçün Strategiya kəşfiyyat məlumatlarının mübadiləsi, strateji uyğunlaşma və əlaqələndirilmiş fəaliyyət vasitəsilə Avropa İttifaqı (Aİ) ilə əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edir. Bundan əlavə, ABŞ, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında inteqrasiyanın gücləndirilməsini vacib hesab edir. Ötən ilin fevralında və bu il Qazaxıstanda Mərkəzi Asiya ölkələrinin iştirakı ilə “5+1” formatı, Cənubi Qafqaz regionunda Gürcüstan və Azərbaycan istiqamətində qızışması bunlara ideal nümunədir. Ələxsus regionumuzda Rusiya ilə münasibətləri bərbat olan 2 ölkə var: Ermənistan və Gürcüstan. Sözsüz ki, bunun tamam əksi olsaydı hazırda ssenari bir ayrı olacaqdı. ABŞ Ermənistanı dəstəkləmək əvəzinə bizdən də istifadə etmiş ola bilərdi. 

Bundan savayı Mərkəzi Asiya regionu Xəzəryanı ölkələrlə bağlı ABŞ – ın regionla bağlı spikerləri və ekspertlərinin irəli sürdüyü fikirləri də qeyd etmək burada mühümdür. Ukrayna müharibəsi başladığı andan etibarən dəfələrlə region ölkələri ilə əlaqələrin vacibliyindən danışıblar.
Amerikalı ekspertlər regionun postsovet ölkələrinin iqtisadi müstəqilliyini və sərvətini artırmaq üçün nəzərdə tutulan “Orta Dəhliz” və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Xəzəryanı ölkələr üçün əsas birləşdirici iqtisadi layihə adlandırırlar.

=.jpg

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Ukrayna hadisələri Xəzər regionunda geosiyasi vəziyyətdə əhəmiyyətli dəyişiklikləri əvvəlcədən müəyyən edilib. Bu ələxsus illərdir irəli sürülən konsepsiyalar olub. 

Heartland.jpg(Spaykmen: Dünya adası konsepsiası)

90 – cı illərdə də SSRİ – nin köhnə məkanında, Rusiyanın sıxışdırlmasına davam etdirmək üçün Mərkəzi Asiya və Qafqaz ölkələrinin vacibliyi qeyd olunub. Hərçənd artıq düşünürlər ki, ideal vaxt gəlib çatıb. Birləşmiş Ştatların hədəfi Xəzərdə sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma məkanının yaradılmasına yönəlmiş son illərdə formalaşmış beştərəfli əməkdaşlığın inkişaf vektorunu qırmağa yönəlib. Şübhə yoxdur ki, Amerikanın bu cür yanaşmaları Xəzərdə vəziyyətin sabitliyinin pozulmasına səbəb ola bilər.

Əkbər Novruz

1c3d6b1a-f4f4-436d-b486-31925218b922.jpg

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı