Yeni Suriya Haqqında Yaranan 10 aktual Sual - Birinci Hissə

Analitika 10:36 17.01.2025

Suriyanın siyasi tarixi yeni mərhələyə qədəm qoyur: Əsəd rejiminin devrilməsi  yalnız Suriyada yox, bütün Yaxın Şərqdə və beynəlxalq arenada böyük rezonans doğurub. On ildən çox davam edən vətəndaş müharibəsi, milyonlarla insanın həyatına təsir edən humanitar böhran, iqtisadi geriləmə və beynəlxalq güclərin maraqlarının toqquşduğu bu ölkədə Əsədin devrilməsi tarixin gedişatını dəyişdirə biləcək dönüş nöqtəsidir.

Ancaq bu dəyişiklik sadəcə rejimin dəyişməsi ilə məhdudlaşmır; əsl məsələ rejimdən sonrakı dövrdə nə baş verəcəyidir. Tarix göstərir ki, avtoritar liderlərin devrilməsi çox vaxt yeni problemlər gətirir. Əsədin devrilməsi ilə yaranan hakimiyyət boşluğu Suriyanı yeni siyasi böhranlarla üz-üzə qoya bilər. Müxtəlif etnik və dini qruplar arasında illərdir davam edən gərginliklər, xarici güclərin ölkə daxilində artan təsiri və davamlı sanksiyalar Suriyanın gələcəyini qeyri-müəyyən edən amillərdən sadəcə bir neçəsidir.

Bu gün qarşımızdakı suallar daha çoxdur: Suriya yeni siyasi sistem qurmağa hazırdırmı? Bəşər Əsədin devrilməsi sülh və sabitlik gətirəcək, yoxsa yeni münaqişələrə yol açacaq? Hakimiyyətə hansı qruplar gələcək və müxalifət qruplarının komanda kimi işləməsi mümkün olacaqmı? Ən əsası isə, dağıntılar altında qalan Suriya ayağa qalxa biləcək?

Suriya on ildən artıq davam edən üsyanın fonunda artı adi ölkədən daha artığına çevrilib; o, regional və beynəlxalq güclərin maraqlarının kəsişdiyi geosiyasi şahmat taxtasıdır. Bu taxtanın fiqurları – ABŞ, Rusiya, Türkiyə, İran, Avropa İttifaqı və ərəb ölkələri –Suriyanın gələcəyini müəyyən etmək üçün bir-biri ilə mübarizə aparır. Əsədin devrilməsi ilə bu mübarizənin daha da mürəkkəbləşəcəyi gözlənilir.

Eyni zamanda, bu dəyişiklik Suriya xalqı üçün də tarixi şansdır. Uzun illər ərzində müharibənin dağıntıları altında qalan milyonlarla suriyalı üçün bu yeni dövr daha yaxşı həyat şəraiti, siyasi sabitlik və sosial birlik üçün ümid işığıdır. Ancaq bu ümidin reallığa çevrilməsi üçün daxili və beynəlxalq səviyyədə koordinasiyalı və məqsədyönlü səylər tələb olunur.

Bu məqalələr seriyasında Bəşər Əsədin devrilməsindən sonra ölkənin gələcəyi ilə bağlı hələ də aktual olan 10 əsas məsələni daha dərindən analiz edəcəyik. Bu sualların cavabı təkcə Suriyanın yox, Yaxın Şərqin də taleyini müəyyənləşdirəcək.

Birinci Bölmə

Yeni Siyasi Rejim: Qurtuluş, yoxsa Yeni Avtokratiya?

Bəşər Əsədin devrilməsi ilə Suriyada yeni siyasi sistem qurmaq zərurəti ortaya çıxır. Lakin bu, göründüyü qədər sadə deyil. Suriyanın siyasi strukturu on illərlə Əsəd ailəsinin idarəçiliyi altında formalaşıb və bu sistemin birdən-birə dəyişdirilməsi həm daxili, həm də beynəlxalq səviyyədə bir sıra mürəkkəb problemləri özü ilə gətirir.

Əsas sual budur: Suriyanın gələcək siyasi sistemi necə olacaq?

Demokratiya Arzuları və Real Əngəllər

Suriya xalqının böyük bir hissəsi demokratik sistemə keçidi dəstəkləsə də, bu məqsədə çatmaq üçün ciddi əngəllər var. Əsəd rejiminin süqutu ilə bağlı ümumi razılığa gəlinmiş ola bilər, lakin yeni idarəetmə forması haqqında ortaq mövqe yoxdur. Müxalifət fraksiyaları arasında fikir ayrılıqları, müxtəlif ideologiyalar və liderlik ambisiyaları demokratiyanın qurulması prosesini çətinləşdirir. Daha da önəmlisi, Suriyada siyasi mədəniyyətin demokratik dəyərlərlə yenidən formalaşdırılması uzun illər tələb edə bilər.

Etnik və Dini Balansın Çətinlikləri

Suriyada müxtəlif etnik və dini icmalar mövcuddur: ərəblər, kürdlər, türkmənlər, druzlar, şiələr, sünnilər və digər azlıqlar. Əsəd rejimi dövründə şiə aləviliyi üstünlük təşkil etdiyi üçün sünni əhalisinin böyük bir hissəsi uzun illər siyasi proseslərdən uzaqda qalıb. Yeni rejim bu qədər fərqli qrupların istək və ehtiyaclarını necə balanslaşdıracaq? İstənilən yeni siyasi sistem etnik və dini qrupların hüquqlarını bərabər şəkildə təmin etməlidir. Əks halda münaqişələr yenidən alovlana bilər.

Federalizm, yoxsa Mərkəzləşmiş Hakimiyyət?

Yeni siyasi sistemin federalizmə əsaslanıb-asaslanmayacağı mübahisə doğuran məsələlərdən biridir. Kürd bölgələrinin muxtariyyət arzusu, Türkiyənin bu arzulara qarşı sərt mövqeyi və digər əyalətlərin öz maraqları federal sistemin qurulmasını çətin, amma zəruri edə bilər. Mərkəzləşmiş hakimiyyətin yaradılması da mümkündür, amma bu modelin uğuru da sual altındadır .

Yeni Suriyanı Kimlər İdarə Edəcək?

Əsəd rejiminin devrilməsindən sonra yeni rəhbərlik strukturları necə formalaşdırılacaq? Əsədin yaxın ətrafında olanlar və ya rejimlə əməkdaşlıq edən məmurlar idarəetmə prosesindən tamamilə kənarlaşdırılacaqmı? Bu, yeni liderlik qrupunun legitimliyinə və səmərəliliyinə təsir göstərə bilər. Beynəlxalq təcrübələr göstərir ki, köhnə rejimlə tam ziddiyyət təşkil edən yeni hakimiyyət formalaşdırılanda, keçid dövrü daha mürəkkəb olur.

Beynəlxalq İctimaiyyətin Rolu: Konstruktiv Tərəfdaş, yoxsa Manipulyator?

Suriyanın yeni siyasi sistemi formalaşdırılarkən beynəlxalq ictimaiyyətin rolu əhəmiyyətli olacaq. ABŞ, Avropa İttifaqı, Rusiya və regional güclər prosesdə təsirli aktorlar kimi çıxış edəcəklər. Lakin bu güclərin maraqları Suriyanın daxili problemlərini həll etməkdən daha çox, öz geosiyasi strategiyalarını gücləndirməyə yönələ bilər. BMT və digər beynəlxalq təşkilatlar vasitəçi rolunu gücləndirə biləcəkmi, yoxsa proses yenidən “proksi müharibə” arenalarından birinə çevriləcək?

Yeni Konstitusiyanın Hazırlanması

Siyasi keçid prosesində ən mühüm addımlardan biri yeni konstitusiyanın hazırlanmasıdır. Bu konstitusiya ölkənin yeni idarəetmə modelini, insan hüquqlarını, azlıqların hüquqlarını və hüquqi normaları müəyyən edəcək. Lakin konstitusiya prosesində hansı qrupların iştirakı təmin ediləcək? Onların maraqları arasında kompromis əldə oluna biləcəkmi? Keçmiş təcrübələr göstərir ki, konstitusiya prosesində iştirak etməyən tərəflər uzunmüddətli sabitlik üçün təhdid yaradır.

Şahlar RUHİ

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı