ABŞ-nin Ukraynaya dair planı nədir?

Analitika 13:36 28.01.2025

"Trampın sülh planı hələlik nəzəri olaraq qalır. Rusiya isə digər sülh təkliflərini rədd edir və Putin ilə birbaşa müzakirə olmadan bu, böyük ehtimalla belə də qalacaq. Lakin hətta Putin ilə görüş də bu məsələni həll etməyə çox güman ki, kömək etməyəcək. Çünki Rusiya özünü güclü mövqedə hiss edir, daha da irəliləyə biləcəyini düşünür, həmçinin Trampın Ukraynanın təhlükəsizliyi ilə bağlı öhdəliklərinin miqyasını götür-qoy edir".

"EDnyus" xəbər verir ki, bunu  amerikalı politoloq İrina Tsukerman deyib.

O bildirib ki, Rusiya özünün geosiyasi məqsədlərinə çox sadiqdir və Avropada möhkəmlənmək, əlavə təbii sərvətlərə çıxış əldə etmək üçün proseslərə təsir edə bilən güc kimi geosiyasi mövqedən Ukraynaya ehtiyac duyur: "Əgər Moskva bu çıxışdan məhrum olsa, yəni Ukrayna ərazilərindən çıxarılsa və ən əsası, NATO-nun sülhməramlı qüvvələri bu ərazilərə cəlb olunsa, bu halda Rusiya maraqlarının reallaşmasına nail ola bilməyəcək. Moskva bununla həm də bəzi Avropa ölkələrinin daxili siyasətindəki təsirini itirə bilər. Çünki belə olan halda, həmin ölkələr Rusiyanın zəiflədiyini və siyasi güzəştlərə məcbur edildiyini görəcək. Beləliklə də, Moskva Avropa ölkələrindəki müttəfiqləri üçün dəyərini itirəcək. Bu səbəbdən Rusiya üçün özünün iştirakı və təklifləri olmayan sülh planı keçərsizdir. Moskva buna görə də məsuliyyəti mümkün qədər Kiyevin üzərinə atmağa çalışacaq, Trampın izolyasionist sxemindən istifadə edəcək. Düşünürəm ki, Tramp nəticədə Rusiyaya qarşı mövcud sanksiyaları tətbiq etməyə və Ukrayna ilə daha sıx işləməyə məcbur ediləcək".

"Bu, Tramp üçün də əlverişli deyil. Çünki bu, Birləşmiş Ştatların müttəfiqləri ilə münasibətlərini əhəmiyyətli dərəcədə pisləşdirər, hətta onun NATO-da təsir gücünü zəiflədər. Bu da onun digər təhlükəsizlik strategiyasında, məsələn Çin ilə bağlı əməkdaşlıq, terrorizmə qarşı mübarizə, İranla bağlı narahatlıq doğuran məsələlərdə özünü göstərə bilər. Buna görə də Kiyevə yardımı tamamilə dayandırmaq Vaşinqtonun maraqlarına uyğun deyil. Ukraynaya münasibət ABŞ-nin maraqlarına uyğun olaraq, müttəfiqləri gücləndirməklə, daha sıx əməkdaşlıq etməklə, daha düzgün strategiya ilə həyata keçirilməlidir", - deyə müsahibimiz əlavə edib.

Qeyd edək ki, ABŞ-nin yeni dövlət katibi Marko Rubio "Trampın 100 günlük sülh planı" fonunda dünyada heç bir gücün Krım və Donbasa görə Rusiya ilə savaşmayacağını bildirib:

"Çünki anlaşılandır ki, Ukraynanın bu əraziləri Rusiyanın nəzarətində qalacaq. Qlobal sistemdəki vəziyyət bizi realist olmağa vadar edir və biz Krıma görə Rusiya ilə heç bir şəkildə üz-üzə qala bilmərik. Ukrayna da bu reallığı artıq dərk edir. Ukraynaya dəstək vermək ayrı anlayışdır, onunla birlikdə Rusiya ilə döyüşmək isə ayrı. Rusiya nüvə gücüdür və onunla toqquşmaqdan yayınmağa məcburuq".

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanov isə deyib ki, həqiqətən də Kiyev üçün vəziyyət hər keçən gün pisləşir, müharibəni davam etdirmək və uzatmaq Ukraynanın mövcudluğuna daha ciddi zərbələr endirə bilər:

"Hətta yaya qədər ciddi danışıqlar aparılmasa, Ukraynanın mövcudluğunusual altına düşər. Buna görə də Ukrayna tərəfi təcili olaraq danışıqlara hazırlaşmalı və müharibəni öz maraqlarına uyğun olaraq az itki ilə bitirməlidir".

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı