İkinci doğum günü Ruslan Zeynal yazır...

Yazarlar 11:00 25.09.2022
Anamın 60 illik yubileyini Şuşada qeyd etmək istəyirdik. Alınmadı...
 
Axşamdan Sumqayıta gəldim.
Axşam deyəndə ki gecə yarıya az qalmışdı.
30 ildir ata yurdunu görməyən anam burada yaşayır. Görüşdük, dərdləşdik saat oldu 2. 
Səhər 05:30 da yenidən Bakıdakı Beynəlxalq Avtovağzala gəlməli idik. Avtobus buradan çıxır. Gözümü təzəcə yummuşdum ki, telefonum xoruz kimi banladı. 
 
Xoruz dedim, Şuşada həyətimizdəki xoruz yadıma düşdü...
 
Uşaq idim, 4-5 yaşım olardı. Dəcəl idim. Əlimdə çubuqla elə təxminən özüm boyda xoruzu dinc buraxmırdım. Xoruz da gözünə döndüyüm bir dəfə üstümə atılmışdı. Caynaqlarının izi qalmışdı üzümdə. 
Amma incavardan gözüm salamat qalmışdı. Elə buna görə rəhmətlik Tələt babam bıçağı əlinə götürüb həmin anda xoruzu o dünyaya göndərmişdi..
 
O dünyanın dünyası...
 
Arada düşünürəm, baba-nənəmin o dünyada yerləri necədir, görəsən? Deyirəm, kaş elə sağ olaydılar bu avtobusa mindirib doğma torpaqlarına, yurd-yuvalarına aparaydım. Düzdür, şəhəri, həyət-bacanı və evi dağılmış vəziyyətdə görmək onlara ağır təsir edəcəkdi. Amma heç olmasa bu günləri görəcəkdilər.
 
Görəcək günlərimiz qabaqda imiş...
 
Səhər Bakı avtovağzalına gəldik.
Maşını park edib liftlə yuxarıya qalxdıq. 3 cü mərtəbənin çıxışından çölə çıxdıq ki, alaqaranlıqda camaat yığışıb. Ağ rəngli avtobus, neçə ildir bəxti qaralan, fəqət bu gün ağ günə çıxan Qarabağa - Şuşaya yola düşəcəkdi. 47 nəfərlik NeoPlan avtobusun planı dolmuşdu deyəsən. Vəsiqələri yoxlayıb adımızın qarşısına bir quş qoydular. Siqareti yandırmağa macal tapmamış gördüm ki, tərpəndik.
Lap arxa yerlərə ala bilmişdim bileti. Anam və xalamı qabaqda yerbəyer etdim. Dispetçer sağ olsun. Bəxtim gətirdi ki, gəlməyənlər var idi. Uzandım, dedim bir az mürgüləyim...
 
Füzuli rayonunun Əhmədbəyli kəndində avtobus istirahət üçün saxladı. Siqaret yandırdım. Sonra çaya oturduq, yüngül yemək də atışdırdıq. Sonra yenə də yola davam etdik. Yol boyu bələdçinin maraqlı şərhləri diqqətimi çəkdi.
 
Sağ tərəfdə Qaraxanbəyli kəndidir.
Minalanmış ərazilər.
Şərəfsiz Ohanyanın xəttidir, baxın ora.
Ən çox şəhid verdiyimiz kənd.
Allah şəhidlərimizə rəhmət eləsin...
Sol tərəfə Füzuli hava limanı
Füzuli şəhəri
Köhnə Ağdam yolu
Köndələnçay...
 
Düşünürəm...
Neçə ildir həyatımız, yaşayışımız da köndələn olub. Əyri xətlə yaşamışıq elə bil.
Bəlkə əyri yolla. Yolumuzu əyiblər, özümüzü əziblər. Evimizdən didərgin ediblər. Yol boyu daşı daş üstündə qalmayan uçuq evlərə baxıram adamlar kimidir. Taleləri də insan taleyinə bənzəyir.
Dolanbac yolları dik qalaya doğru yüksəldik. Bu, sanki bizim ruhumuzun da zirvəyə qalxması idi. Avtobus Şuşaya "Zəfər yolu" ilə qalxdıqca içimdəki qələbənin təntənəsini təkrar yaşayırdım. Şuşaya bundan əvvəlki səfərlərimdə bu qədər fəxarət yaşamamışdım bəlkə də. Başqa duyğuların sehrində idim. 
 
Şuşa sanki bir sehrbazdır...
 
Şəhərə girər-girməz hər kəs telefonları əlinə alaraq çəkməyə başladı. Avtobusda şuşalı olan, olmayan hamı ovsunlanmışdı.
Anamı diqqətlə süzürdüm. Onun çox həyəcanlanmasını istəmirdim. Çünki səhhətindəki problemlər daha da ağırlaşa bilərdi. Oxuduğu 4 nömrəli məktəbin yanından keçəndə gözlərində uşaq vaxtı yollandığı yollarla 40-50 il əvvələ getdiyini hiss etdim. 60 yaşı yenicə tamam olub anamın. 30 ildir Şuşadan ayrı düşüb. Bu hisslərin nə demək olduğunu onun özündən başqa kimsə bilə bilməz məncə.
 
Turun proqramına görə əsasən biz əvvəlcə Cıdır düzünə getməli idik. Avtobus Cıdıra gedən yolda saxladı və biz Vaqifin məqbərəsindən üzü yuxarıya payi-piyadə yeriməyə başladıq. Anam və xalam çətin hərəkət edirdi. Yaxşı ki, xeyirxah Şuşa polisinin maşınları özünü vaxtında çatdırdı. Anamgil, mən və Aygün xalamın oğlu Hüseyndən daha tez Cıdır düzünə çatdılar. Biz isə iti addımlarla onlara yetişdik. 
 
Hüseyn anadan olanda Şuşa artıq işğal olunmuşdu....
 
O 1993 cü ildəndir. Heç vaxt Şuşanı görməmişdi. Amma içində bam-başqa həvəs var idi baba yurdunu görmək üçün. Cıdır düzündə ənənəvi hamı kimi gəzinti və şəkil çəkdirməklərdən sonra ən ağır səhnə məni darmadağın elədi. Özüm gedəndə o hissəyə yaxınlaşmamışdım. Söhbət babamın uyuduğu qəbiristanlıqdan gedir. Əgər ora qəbiristanlıq demək olarsa.
 
Demək olar ki, qəbirlərin çox hissəsi məhv edilib. Tək-tük və tənha qalan baş daşı var idi, onlar da hündür otların, ağacların arasından bizə boylanırdı. Və sanki dil açıb: Neçə ildir hardasınız, niyə gəlmirsiniz? Bizi burda düşmənlə tək qoyub hara getmişdiniz, deyirdilər. Bu var-gəldə anamla xalamın babam Tələt kişiylə "söhbəti" məni daha da silkələdi. Onlar bu ünsiyyəti illərdir gözləyiblər yəqin...
 
- Ata, ay ata gəlmişik, qızların gəlib eee. Gözün aydın, Şuşaya qayıtmışıq. Amma anamızı gətirə bilməmişik, bağışla bizi...
 
Anaları...Nənəm Validə xanım
 
Qəbri Sumqayıtdadı... Keçən dəfə Şuşadan gedəndə torpaq aparmışdım, inancımız var axı. Şuşadan apardığım torpağı onun uyuduğu məzara səpdim. Ruhuna rahatlıq səpilsin düşüncəsiylə. Bəlkə Şuşanın azad olunmasını hiss edər deyə. Ölənə qədər Şuşa dedi. Şuşasız getdi bu dünyadan. Amma tək mənim nənəm deyildi belə Vətən həsrəti ilə gözlərini əbədi yuman...
 
Vətən uğrunda şəhid olub əbədiyyata qovuşanlar....
 
Gözünü əbədi yummaq demişkən, mən Şuşaya hər üç səfərimdə, hər addımda gözlərini qırpmadan, qorxmadan, aslan kimi düşmənə qan udduran igidlərimizin izlərini və ruhlarını bütün iliyimdə hiss etmişəm. Ağırdır. Bir göz qırpımında həyatından Vətən uğrunda keçirsən. Ölüm dirim savaşında düşmənin belini qırırsan. Fəqət şərəfli ölüm səni haqlaya bilər.
 
Şuşanın havasında barıt qoxusu, igid Azərbaycan əsgərinin qartal tək yağının üzərinə şığıması, ağır döyüşlərdə daşına, qayasına sığınarkən ora hopan isti hənirtisi duyulurdu. Qarmaqarışıq hisslərlə addımlayırdıq üzü baba evimizə tərəf. 
 
Yenə polisimiz sağ olsun. Xidməti maşınıyla bizi dədə-baba ocağına gətirdi. 
Anam və xalam üçün bu ev doğulub boya-başa çatdıqları, körpəlikdən ta ki oranı tərk etdikləri vaxta qədər ən gözəl, eyni zamanda ağrılı-acılı xatirələrinin hələ də yaşadığı isti yuva idi... Amma şərəfsiz erməni yuvanı 30 il istismar etmişdi, dağıtmışdı. Bizə aid nəsə qalmamışdı. Xatirələrdən başqa...
 
Qapının kandarından içəri girən xalam o anda cırıltı səsini dönə-dönə eşitmək üçün 3-4 dəfə açıb bağladı taxta çərçivəni. Qulaqlarında həkk olan o səsi eşitmək istəyirdi təkrar. Anam isə nənə və babamın əlləri toxunan daşı-divarı öpüb duz kimi yalayırdı. Mən isə bunları kirimişcə, səssiz müşahidə edirdim. Əlimdən başqa nə gəlirdi ki?!
 
Həyətimizdə dağıntıdan zir-zibil çox idi. Amma bir təhər evə qalxdıq. Otaqlardakı dağıntılar sanki daş və divarların yox, ruhumuzdakı çapıqlar, yaralar idi. 
 
Təsəvvür edin....körpə ikən oyuncaqla oynadığın, hər səhər oyanıb eyvanından məhləyə boylandığın, stol-stulunda yemək yeyib çay içdiyin, çarpayısında yatdığın, həyətində meyvə dərdiyin, bulağından su içdiyin, sağa-sola qaçıb oynayarkən yıxılıb qolunu əzdiyin o ev, həyət...
 
Haradadır??? Dağılıb...
 
Amma bizim kimi o da dözümlü olub. Güclü divarları tam uçmayıb. Qaranlıq otaqları telefon işığıyla işıqlandıra-işıqlandıra gəzə bildiyimiz qədər gəzdik evi. Salamlaşdıq, bərk-bərk qucaqlaşdıq. Dərdləşdik... Həyətdə uşaq vaxtı əkilən armud, alma ağaclarından meyvə də dərdik...
Amma içimizdə yanan közü söndürə bilmirdik ki bilmirdik...Elə bil böyük sağalmaz yara, dərd idik...
 
Vaxt getdikcə azalırdı. Axı turla gedəndə belə olur, gedənlər bilir. Amma yenə şükür, anamgil gəlib gördülər Şuşanı. Və bu dönüş əbədi dönüşdür Şuşaya. 
Analarımızın, atalarımızın hamımızın əbədi geridönüşü, QAYIDIŞIDIR...
 
Saat 15:05 Şuşadan Bakıya qayıtmaq üçün avtobusa mindik. Bir vaxtlar qaça-qaçla köçkün düşdüyümüz Şuşadan bu dəfə müvəqqəti paytaxta qayıtdıq. Qayıtdıq ki, Şuşamız daha da çiçəklənsin və biz yenidən birdəfəlik vətənə dönək...
 
Sentyabrın 3-ü anamın 60 yaşı tamam olmuşdu. Bunun tam yarısını Şuşa həsrətiylə qovrulan anam üçün hədiyyə axtaranda ağlıma onu təəccübləndirəcək nəsə gəlmədi. Tək bir şeydən başqa. Şuşaya bilet. Ha çalışsam da eyni günə, yəni sentyabrın 3-nə bilet ala bilmədim. 
21 sentyabr tarixinə 2 bileti çətinliklə olsa ala bildim. Yaxşı ki, almışdım.
 
İndi mənə elə gəlir ki, anam əsl doğum gününü, bəlkə də 2-ci dəfə dünyaya gəlişini məhz sentyabrın 21-də yaşadı. Şuşaya dönən gün onun 2-ci doğum günü oldu...
 
DOĞUM GÜNÜN VƏ QAYIDIŞIN MÜBARƏK, ANA-VƏTƏN!
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Krasnoyarsk şəhərinin meri saxlanılıb
17:18 09.06.2025
Bu ölkə Rusiyaya görə qırıcıları havaya qaldırdı
17:11 09.06.2025
Azərbaycan millisinin futbolçusu Portuqaliya klubuna transfer oluna bilər
16:22 09.06.2025
LAPD: İmmiqrasiya reydlərinə qarşı etirazlarda 56 nəfər həbs olunub
11:32 09.06.2025
Hindistanda hərəkətdə olan qatardan sərnişinlərin düşməsi faciə ilə nəticələndi
11:19 09.06.2025
Azərbaycan Suriyada Qurban bayramı münasibətilə növbəti xeyriyyə aksiyası keçirdi
10:57 09.06.2025
Erməniləri ifşa edən ermənilər
10:20 09.06.2025
Yəməndə məscidə silahlı hücum: 9 nəfər ölüb, 12 nəfər yaralanıb
09:41 09.06.2025
İyunun 11-də çiyələk ayı səmanı işıqlandıracaq
09:23 09.06.2025
Kriştianu Ronaldu tarix yazdı: növbəti beynəlxalq kubok
08:03 09.06.2025
İsrail Qreta Tunberqin olduğu gəmini saxladı
08:01 09.06.2025
Avstraliyada antisemitizm artır: Yəhudilərə qarşı səyahət məhdudiyyətləri tətbiq olunur
07:40 09.06.2025
ABŞ Ukraynaya vəd etdiyi 20 min raketi Yaxın Şərqə göndərdi — Zelenski narazıdır
07:34 09.06.2025
Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi
07:25 09.06.2025
Mourinyo "Fənərbağça"nın qarşısında şərt qoydu
06:09 09.06.2025
Baffet pul xərcləməyin mənasız olduğu beş şeyin adını açıqladı
03:45 09.06.2025
İrəvanda Matviyenkonun gəlişinə etiraz edildi
12:19 06.06.2025
Saxta Pasportla Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
11:51 06.06.2025
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
11:38 06.06.2025
"İran ballistik raketlərin yanacağı üçün Çindən xammal alır"
10:36 06.06.2025
Nə Çin səddi, nə də piramidalar: Kosmosdan aydın görünən tikili açıqlandı
10:05 06.06.2025
“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
09:42 06.06.2025
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
09:27 06.06.2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
08:01 06.06.2025
Çində qlobal internetə giriş verməyə başlayıblar
06:03 06.06.2025
"İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib"
00:15 06.06.2025
NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
00:09 06.06.2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:01 06.06.2025
"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Hamısı