Qroznıda Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarma binalarına pilotsuz təyyarə hücum edib.
EDnews xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
Onun sözlərinə görə, pilotsuz təyyarə saat 00:55-də vurulub. Dörd mühafizəçi yüngül xəsarət alıb.
“İHA havada partlayıb, dam örtüyünə çırpılıb və şüşəni sındırıb. Düşən fraqmentlər kiçik yanğına səbəb olub və yanğın tez bir zamanda söndürülüb”, - Kadırov bildirib.
Çeçenistan rəhbəri hücuma görə Ukraynanı ittiham edib və cəbhədə cavab veriləcəyi ilə hədələyib. Onun sözlərinə görə, Çeçenistan Respublikasından olan 84 min nəfərlik ehtiyat könüllü və bölmə döyüşçüləri birinci əmrdə cəbhə xəttinə keçməyə hazırdır.