İsrailin Müdafiə Ordusu bazar günü yəhudi dövlətini raket atəşina tutan qurğuya zərbə endirib.
“EDnews” xəbər verir ki , bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl İsrailin Müdafiə Ordusu Qəzza zolağında bu gün səhər saatlarında İsrail ərazisinə raketlər atılan reaktiv yaylım atəşi sistemini vurdu", - bəyanatda deyilir.
Qeyd olunur ki, İsrail ordusu ölkənin mülki əhalisinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.
Fatimə Mərdanlı // EDnews