Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilib.
EDnews xəbər verir ki, yürüş şəhərin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə baş tutub.
10:02
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilir.
EDnews xəbər verir ki, yürüş şəhərin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə baş tutur.
Hərbi qulluqçular saat 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;
II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;
Bakıdan başqa bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunur.










