Müdafiə Nazirliyinin rəhbər heyəti Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.
EDnews xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər.
Ziyarət zamanı Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
Həmçinin rəhbər heyət Zəfər parkında olub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.









