Abşeron rayonunda yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən növbəti profilaktik tədbirlər zamanı 122 motoxuliqan saxlanılıb.
EDnews xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən keçirilən tədbirlər zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan motosiklet sürücüləri müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Yoxlamalar zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30, yükdaşıma qaydalarını pozan 11, müəyyən olunmuş keçidlərdə piyadalara yol verməyən 18 və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 sürücü barəsində də inzibati protokollar tərtib olunub.
Bildirilib ki, Abşeron rayonu ərazisində qeyd olunan istiqamətlər üzrə profilaktik və nəzarət tədbirləri davam etdirilir.







