Ermənistanın Baş naziri Nikol Pashinyan ABŞ-da fəaliyyət göstərən bəzi erməni təşkilatlarının Qarabağ hərəkatını davam etdirməyə çalışdıqlarını bildirib.
EDnews xəbər verir ki, Paşinyanın sözlərinə görə, erməni xalqı bu hərəkatın davam etməməsi ilə bağlı seçim edib.
"Bəzi erməni təşkilatları Qarabağ hərəkatını davam etdirməyə çalışır. Lakin erməni xalqı bu hərəkatın davam etməyəcəyini seçib. Bunun qarşısını almaq üçün mümkün olan bütün addımları atacağıq", - deyə o vurğulayıb.
Baş nazir əlavə edib ki, Ermənistan vətəndaşları bu baxışı dəstəkləyiblər.







