İtkin düşmüş kimi axtarılan 6 nəfər tapılıb.
EDnews xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılıb.
Bu barədə məlumatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, sözügedən şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışa verilmişdilər.
Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq aidiyyəti üzrə təhvil veriliblər.







