Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya qarşı Mübarizə Mərkəzi 7-8 iyul tarixlərində keçiriləcək NATO sammiti zamanı Ankarada guya komendant saatı tətbiq olunacağı barədə məlumatları təkzib edib.
EDnews xəbər verir ki, bəyanatda sosial mediada iki günlük komendant saatı ilə bağlı yayılan iddiaların yalan olduğu bildirilib.
Vurğulanıb ki, Zirvə görüşü ilə əlaqədar paytaxtda belə bir məhdudiyyət tətbiq olunmayacaq.
Bu arada, NATO-nun Ankara sammiti sərt təhlükəsizlik tədbirləri altında keçiriləcək. Bildirilir ki, asayişin təmin edilməsinə təxminən 70 min hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunacaq. Şəhərdə 30-dan çox küçə müvəqqəti olaraq bağlanacaq və bir sıra əsas magistral yollarda nümayəndə heyətlərinin və sammit iştirakçılarının karvanlarının hərəkəti ilə bağlı ciddi nəzarət yaradılacaq.







