Venesuelada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 589 nəfərə çatıb.
EDnews xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində xəsarət alanların sayı isə 2980 nəfərdir.
***
09:36
Venesuelanın ard-arda baş verən zəlzələlərin nəticəsində ölənlərin sayı 235-ə yüksəlib.
EDnews xəbər verir ki, bu barədə yerli KİV yazıb.
4300-dən çox insan isə xəsarət alıb.
***
05:38
Venesuelada baş verən silsilə zəlzələlərdən sonra 37 000-dən çox insan itkin düşmüş hesab olunur.
EDnews bildirir ki, bu barədə "Sky News" telekanalı xəbər verir.
"Bu rəqəm sürətlə artır və itkin düşənlərin axtarışı saytında ailələr hələ də barəsində heç bir məlumat olmayan yaxınlarının fotoşəkillərini yerləşdirirlər", - deyə telekanal vurğulayır.
Venesuela parlamentinin rəhbəri Xorxe Rodriges bəyan edib ki, zəlzələlər nəticəsində azı 188 insan həyatını itirib. Onun sözlərinə görə, daha 1 520 nəfər xəsarət alıb, 200 nəfər isə dağıntılar altında qalıb.
Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.








