Yasamalda binalardan elektrik naqilləri oğurlayan şəxslər saxlanılıb.
EDnews xəbər verir ki, Bakının Yasamal rayonu ərazisində yerləşən bir neçə binadan elektrik naqillərinin oğurlanması faktı qeydə alınıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 31 yaşlı N.Bayramov və 35 yaşlı R.Xancanov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları elektrik naqillərini əlvan metal qəbulu məntəqələrinə satıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.







