İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbi yürüş keçirilir.
EDnews xəbər verir ki, yürüş şəhərin mərkəzi küçəsindən başlayaraq şəhərin çıxışınadək davam edəcək.
Yürüş hərbi orkestrin müşayiəti ilə keçirilir.
Hərbi qulluqçuların nizamlı keçidi şəhər sakinləri və qonaqlar tərəfindən izlənilir.
Yürüş Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və hərbi ənənələrini nümayiş etdirmək məqsədi daşıyır.








