Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
EDnews xəbər verir ki, sərəncama əsasən döyüş zamanı şəhid olmuş "Azər Türk Bank"ın əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidlərimizin ruhu şad olsun.
ATB kollektivi bütün şəhidlərimizi qürurla yad edir!






