Allahşükür Paşazadə süni intellektin dini dəyərlərlə əlaqəsi məsələsinə toxunaraq bildirib ki, bu texnologiya ibadətdə insanı əvəz edə bilməz.
EDnews xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, süni intellekt insan hüquqları kontekstində nəzərdən keçirilərkən dini dəyərlərin bu texnologiyaya inteqrasiyası zamanı Allahla bəndəsi arasındakı ibadət azadlığına xələl gəlməməsi vacibdir.
"Süni intellekt insan hüquqları müstəvisində nəzərdən keçirilərkən mühüm məqam, dini dəyərlərin süni intellektə inteqrasiyası zamanı Allahla bəndəsi arasında olan ibadət azadlığına xələl gəlməməsidir. Biz din xadimləri insanlara bu həqiqəti çatdırmalıyıq ki, süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz", - deyə Allahşükür Paşazadə vurğulayıb. (Report)







