İsrail ordusu İranla döyüşlərin ən azı bir neçə gün davam edəcəyini gözlədiyini bildirib.
EDnews xəbər verir ki, İsrail hərbi dairələrinin açıqlamasına əsasən, hazırkı mərhələdə qarşıdurmanın qısa müddətdə dayanacağı gözlənilmir.
Ordudan bildirilib ki, İranla gərginliyin davam etməsi fonunda hərbi əməliyyatların bir neçə gün ərzində davam etməsi ehtimalı yüksəkdir.
Açıqlamada həmçinin müharibənin yenidən tam şəkildə başlaması ehtimalının da mövcud olduğu qeyd olunub.
İsrail tərəfi vəziyyətin inkişafından asılı olaraq cavab addımlarının atıla biləcəyini bildirib.







