Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
EDnews xəbər verir ki, görüş İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində keçirilib.
Tərəflərin görüşdə Azərbaycan-Türkiyə münasibətlərini, regional əməkdaşlıq məsələlərini və üçtərəfli format çərçivəsində gündəmdə olan mövzuları müzakirə etdikləri bildirilir.







