Fevral ayından başlayaraq Yaponiyada sakura dönəmi başlayır. Albalı ağaclarının çiçəkləməsi gözəl mənzərə yaradır.
Yapon fotoqrafı Danilo Dunqo Tokioda "Inokashira" parkında çayın qırağında çiçəklənən sakuranın ən gözəl kadrlarını lentə alıb.
Xatırladaq ki, yaponlar sakuranı ölkənin rəmzi hesab edirlər, onun çiçəkləri isə ölkənin qeyri-rəsmi gerbidir. Uzaq şərq albalısının tam çiçəkləməsi aprel ayının ortalarına təsadüf edir.