Qax rayonunda yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilərək məhv olunub.
EDnews xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər keçirilib.
Tədbirlər nəticəsində rayonun Qındırğa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Ümumilikdə, çəkisi 1 ton 250 kiloqram olan 2563 ədəd çətənə kolu müəyyən edilərək məhv edilib.







