İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna kül və lava püskürməyə başlayıb.
“EDnews” xəbər verir ki, təxminən 3 300 metr hündürlükdə yerləşən Etna vulkanının cənub-şərq kraterindən lava qalxmağa başlayandan dərhal sonra həyəcan siqnalı verilib.
Etna Avropanın həm ən hündür, həm də ən aktiv vulkanıdır. Burada ildə bir neçə dəfə aktivlik müşahidə olunur.
Fatimə Mərdanlı //EDnews