Azərbaycanın keçmiş dövlət müşaviri, yazıçı-dramaturq Hidayət Orucovun cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.
EDnews xəbər verir ki, bu barədə Ölkə.az məlumat yayıb.
Məlumata görə, mərhum paytaxtın Binəqədi rayonunda yerləşən qəbiristanlıqda dəfn olunub.
Hidayət Orucov öz vəsiyyətinə uyğun olaraq oğlunun məzarı yanında torpağa tapşırılıb.
“Dəfələrlə demişdi ki, məni oğlumun yanında dəfn edin. Vəsiyyətini yerinə yetirdik”, - deyə mərhumun yaxınları bildiriblər.
Hidayət Orucovun yas mərasimi iyunun 17-də Bakının Təzəpir məscidində keçiriləcək.
Qeyd edək ki, görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov iyunun 13-də Türkiyənin İstanbul şəhərində, 82 yaşında vəfat edib.







