Bakı adaları ilə bağlı plan AÇIQLANDI

Cəmiyyət 14:28 08.01.2024

"Bakı arxipelaqının adaları təbiət qoynunda sakit istirahət məkanları yaratmaq üçün imkanlara sahibdir. Burada açılacaq muzeylər isə ölkənin və şəhərin çoxəsrlik tarixini təqdim edə bilər. Adalar Bakı şəhərinə açılan möhtəşəm mənzərəyə sahibdir və bu, onların turizm təyinatları və təcrübələrinin artırılmasında rolunu artıra bilər".

Ednews xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında yer alıb. 

Planda bildirilir ki, gündəlik və həftə sonu turlar yerli rekreasiya turizminin əsas dayaqlarından birini təşkil edir. 

Baş Plan çərçivəsində Abşeron yarımadasının mövcud mədəni landşaft dəyərlərinin gücləndirilməsi və böyük yaşayış məntəqələri yaxınlığında aktiv istirahət üçün daha geniş ərazilərin təmin edilməsi nəzərdə tutulur.

Ənənəvi çimərlik turizmi ilə yanaşı Baş Plan çərçivəsində turizmin digər əsas elementlərinin də nəzərdə tutulması planlaşdırılır. Buraya ərazilərin ənənəvi xarakterini qorumaq üçün təyin ediləcək mədəni landşaft ərazilərinin mühafizə zonaları, eyni zamanda açıq məkan konsepsiyasının tətbiqi ilə yanaşı layihə ərazisi boyu yaradılacaq yerli rekreasiya məkanları daxildir. 

Daha aktiv istirahət imkanlarının yaradılacağı ərazilərə milli parkların, xüsusən də genişləndirilmiş Qobustan Milli Parkının ərazisi aiddir. Milli Parkın ərazisinin cənub-şərq istiqamətində genişləndirilməsi Baş Planın vacib elementidir.
Ərazinin genişləndirilməsi gəzinti və dağ velosipedçiliyi, eləcə də parkın daxilində və yaxınlığında gecələmə imkanları təmin edən kiçik qonaqlama yerləri (gecələmə və səhər yeməyi təmin edən ev tipli mehmanxanalar, turistik kəndlər, düşərgələr) kimi yeni fəaliyyət növlərinin inkişafına imkan verəcəkdir.  

Yerli rekreasiya imkanlarından başqa, milli parklar yerli yaradıcılıq və sənətkarlıq mərkəzlərinin və mədəni turizmin təşviqi, habelə milli və beynəlxalq turistlər üçün yerli həyat təcrübələrinin öyrənilməsi baxımından geniş imkanlar yaradır. 

Çimərlik və kurort turizminin inkişaf yanaşması 

Abşeron yarımadasında Xəzərin şimal və cənub sahillərində müxtəlif xidmət səviyyələrinə cavab verən yerli çimərlik turizmi on illiklər ərzində inkişaf etmişdir. Bu gün Abşerondakı kurortlar müxtəlif kurort təcrübələrini təcəssüm etdirən əhəmiyyətli turistik ərazilərdən birinə çevrilmişdir.

Bu kurortlar qonaqlara və turistlərə rahat və sakit istirahət imkanı verən cəlbedici landşaft elementləri, habelə mağazalar, restoranlar, təmiz su, kölgəliklər və s. ilə təmin olunmuşdur.

Kurortların su əyləncə parkları, tarixi yerlər və abidələr, alış-veriş yerləri (sənətkarlıq məmulatlarının hazırlandığı emalatxanalar) olan kiçik kənd mərkəzlərinə, habelə kafe və restoranlara yaxın olması buranın turizm cəlbediciliyini artırır. 

Baş Planda ətraf mühitin yaxşılaşdırılması tədbirlərinin nəzərdə tutulması ilə su hövzələrinin keyfiyyətinin artırılması və bununla şəhərin çimərlik turizminə müsbət təsirin göstərilməsi planlaşdırılır. Bundan əlavə, nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi çimərlik ərazilərindən Bakının digər əhəmiyyətli turistik məkanlarına fərdi ekskursiyaların təşkil edilməsinə imkan verəcək. 

Çoxfunksiyalı istirahət və əyləncə turizmi

Baş Plan çərçivəsində turizm sektorunun şaxələndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərə istirahət və təhsil elementlərini vahid bir məkanda birləşdirəcək “əyləncəli-təhsil mərkəzləri”nin yaradılması da daxildir. Məqsəd qonaqlara yaddaqalan istirahət və hər səfərdə yeni kəşf təcrübəsi yaşatmaqdır: 

• Qırməki Təbii Geoloji Parkı 

Bakının neft sənayesi, neft sənayesinin tarixi, bu sahədəki ixtiralar və onların dünya təcrübəsinə təsirlərinin nümayiş etdiriləcəyi və eyni zamanda neft sənayesinin və neft sənayesi ilə əlaqədar sahələrin gələcəyi haqqında maarifləndirici materialların təqdim ediləcəyi “Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı”nın yaradılması təklif edilir.

• Muzey adaları 

Bakı arxipelaqının adaları təbiət qoynunda sakit istirahət məkanları yaratmaq üçün imkanlara sahibdir. Burada açılacaq muzeylər isə ölkənin və şəhərin çoxəsrlik tarixini təqdim edə bilər. Adalar Bakı şəhərinə açılan möhtəşəm mənzərəyə sahibdir və bu, onların turizm təyinatları və təcrübələrinin artırılmasında rolunu artıra bilər. 

• Mədəni turizm

Bakının zəngin tarixi özünü şəhər ərazisindəki abidə və tikililərin çoxluğunda biruzə verir. Baş Plan keçmiş, indiki və gələcək zamanlar arasında körpünün qurulması ilə şəhərin bütün qonaqlarında şəhər haqqında müsbət təəssüratların yaradılması məqsədi daşıyır. Bakının yeni müəyyən edilmiş Mərkəzi Planlaşdırma Rayonunda tarixi binaların qorunması, mövcud və gələcək tikililər (Port Baku kimi) arasında məntiqli əlaqələndirmənin (piyada, açıq məkanlardan ibarət dəhlizlər) qurulması üzrə müvafiq tənzimləmələr tətbiq olunacaq və bu, şəhərin tarixi simasını qorumağa imkan verəcək.

Çoxfunksiyalı əyləncə, konfrans və sərgi infrastrukturu

Bakı şəhərinin Baş Planının çoxmərkəzli inkişaf yanaşması çərçivəsində müəyyən edilmiş regional şəhər mərkəzləri və alt-mərkəzlərin hər biri üçün yeni funksiyalar müəyyən ediləcək.

Binəqədi alt mərkəzinin ərazisində yerləşən Böyükşor gölü yaxınlığında yüksək səviyyəli obyektlərin inşası üçün imkanlar var və bu, Mərkəzi Bakının yaxınlığında yerləşən bu əraziyə mühüm iqtisadi təkan verə bilər. Gölün sahilyanı ərazilərində aşağıdakı yeni inkişaf təşəbbüslərinin həyata keçirilməsi planlaşdırılır:

• Əyləncə parkı 

Yüksək beynəlxalq standartlara cavab verən bu əyləncə parkı Bakı üçün əsas turistik təyinatlardan birinə və yerli, milli və beynəlxalq turizm baxımından əsas cəlbedici amilə çevriləcəkdir. Gölün ətrafındakı əlverişli mühit ərazidə otel, restoran və əyləncə parkının inkişafı üçün mükəmməl fon təmin edəcəkdir.

• Konfrans və sərgi mərkəzi

İşgüzar mühitlə rekreasiya ərazilərinin bir məkanda vəhdəti gələcəkdə beynəlxalq tədbirlər, konvensiyalar və konfransların Bakıya cəlb edilməsi baxımından mühüm rol oynayır. İşgüzar ərazilərin yaxınlığında otel və istirahət məkanları əyləncə parkının ziyarətçiləri tərəfindən istifadə ediləcək və bu, həmçinin ictimai iaşə obyektlərinin fəaliyyətini iqtisadi cəhətdən daha səmərəli edəcək. Mehmanxanalarda geniş miqyaslı işgüzar görüşlər keçirmək üçün konfrans və konvensiya mərkəzləri yaradılacaq. 

• Tibbi və idman turizmi 

Böyük idman yarışlarına və müxtəlif idman görüşlərinə ev sahibliyi edən Bakı artıq beynəlxalq idman aləmində yaxşı tanınır. Şəhərdə dünya səviyyəli stadionlar, qapalı və açıq idman təsisatları, habelə idmançılar üçün Olimpiya kəndi fəaliyyət göstərir. Bakı şəhərinin Baş Planı çərçivəsində inkişaf edən tibbi turizm imkanları ilə idman təsisatlarının istifadəsi bir qəbul olunur.

Tibbi müalicə əsasən Bakının bütöv və sağlam mühiti daxilində idman və digər fiziki zədələrin bərpasına yönəldiləcəkdir.

Beynəlxalq tibbi turizmi Bakıya cəlb etmək üçün xəstəxanalar özəl tibb müəssisələri kimi fəaliyyət göstərəcəkdir. Həm beynəlxalq tibbi turizm, həm də idman turizmi üçün yüksək səviyyəli qonaqlama yerlərinin (otellər, xidmət olunan mənzillər) təmin edilməsi tələb olunacaq.
Cəlbedici açıq məkanlar və Bakının şəhər mərkəzinə yaxınlıq ərazini bütün ziyarətçilər üçün fərqli məkana çevirir. Abşeron Milli Parkında açıq havada istirahət (velosiped sürmə, qaçış) imkanları, Qobustan Milli Parkında isə piyada gəzinti və dağa dırmanma üçün yaradılacaq imkanlar yerli sakinlərin də yeni istirahət imkanlarından istifadə etməsinə imkan yaradacaq.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

BAMF yerli QHT-lərə dəstək məqsədilə yeni layihənin icrasına başlayıb
12:33 04.06.2025
Elçin Əmirbəyovun İspaniyaya işgüzar səfəri: Azərbaycan-İspaniya əməkdaşlığında yeni mərhələ
12:22 04.06.2025
"Azərbaycan beynəlxalq səviyyədə diqqət mərkəzindədir"
12:17 04.06.2025
Azərbaycanda seysmik stansiyaların sayı 88-ə çatıb
11:51 04.06.2025
ABŞ və Azərbaycan enerji əməkdaşlığını genişləndirir: Bakı Enerji Həftəsi çərçivəsində mühüm görüş
10:56 04.06.2025
Beynəlxalq Dekolonizasiya Konfransının iştirakçıları Azərbaycan Dillər Universitetini ziyarət edib
10:39 04.06.2025
Zelenski Ukrayna ordusunda kadr islahatları apardı
10:33 04.06.2025
Edin Dzeko İtaliya klubu ilə razılığa gəldi
10:27 04.06.2025
Atambayevə amnistiya verilə bilər
10:20 04.06.2025
Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd etdi
09:49 04.06.2025
"Macarıstan COP29-u Paris Sazişindən sonra əsas mərhələ hesab edir"
09:42 04.06.2025
"Real Madrid"in futbolçusu həbs oluna bilər
09:25 04.06.2025
DSX-dən Xəzərdə əməliyyat: Üç iranlı saxlanıldı, 24 kq narkotik müsadirə olundu
09:13 04.06.2025
Yer üzündə rekord qıran maqnit qasırğası: 66 saatlıq təhlükəli proses
08:55 04.06.2025
PSJ UEFA-nın sərt cəzası ilə üzləşə bilər
08:49 04.06.2025
Fidan hesab edir ki, Ukrayna danışıqlarında ölkə liderləri də iştirak edəcək
08:41 04.06.2025
Cənubi Corciya təhlükədədir: Buz nəhəngi yaxınlaşır
08:35 04.06.2025
Azərbaycan və Ermənistan nümayəndələri itkin düşmüş şəxslərlə bağlı növbəti görüş keçirdilər
08:20 04.06.2025
Zidan 100 milyon avroluq təklifdən imtina etdi
07:33 04.06.2025
Netanyahu İlham Əliyevə təşəkkür etdi
07:32 04.06.2025
Fransa məhkəməsi Kanak lideri Kristian Teni azadlığa buraxdı
07:02 04.06.2025
"Rusiyaya qarşı yeni sanksiyalar hazırdır"
06:20 04.06.2025
Keniyada Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş rəsmi qəbul təşkil olunub
00:07 04.06.2025
Qalaktikamızın gələcəyi: Böyük toqquşma baş verəcəkmi?
20:53 03.06.2025
Asiya İnkişaf Bankı ilə İqtisadiyyat Nazirliyi arasında yeni layihələr müzakirə olunub
18:58 03.06.2025
Azərbaycanın “yaşıl hidrogen” hədəfləri üçün tələb olunan əlavə enerji gücü müəyyən edilib
17:29 03.06.2025
Prezident İlham Əliyev yeni hakimlər təyin etdi - SİYAHI
17:25 03.06.2025
Dünyanın ən böyük dəmir filizi yatağı kəşf olundu
17:06 03.06.2025
Kölndə Bomba Təhlükəsi Aşkarlandı
16:09 03.06.2025
"Microsoft" daha 300 əməkdaşını ixtisar etdi
16:02 03.06.2025
"Cartier"-in müştərilərinin məlumatları oğurlandı
15:44 03.06.2025
Iki boksçumuz dopinq istifadə etdiyinə görə diskvalifikasiya olunub
15:29 03.06.2025
Ukraynanın "dron inqilabı": Asimmetrik müharibənin gələcəyi necə dəyişir?
15:26 03.06.2025
"Azərbaycan Dəmir Yolları" süni intellektin tətbiqinə hazırlaşır
15:18 03.06.2025
Qohum evlilikləri ilə bağlı qadağa: "Qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar"
15:08 03.06.2025
"Tarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir"
14:52 03.06.2025
Timsah hamilə qadını sürüyüb apardı
14:46 03.06.2025
Ukrayna NATO-nun məlumat mübadiləsi sisteminə qoşuldu
14:25 03.06.2025
Yunanıstan basketbol çempionatı birdəfəlik dayandırıla bilər
14:13 03.06.2025
META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib
13:55 03.06.2025
Hamısı