Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Cəmiyyət 10:45 27.03.2024

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Bu barədə  Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 
Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2024-cü il martın 27‑dən aprelin 15-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=4) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2023-cü ildə qəbul imtahanında (buraxılış imtahanında) iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlərlə elanın tam mətnində tanış ola bilərsiniz.

Qəbul imtahanı

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin elanda göstərilən xüsusi hallarda bu abituriyentlər 5 may 2024-cü il tarixində əlavə olaraq bəzi fənn və yaxud fənlərdən imtahan verirlər. Bu zaman onlar hər əlavə imtahan üçün ödəniş edirlər. Ödəniş etmək üçün abituriyent tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı 5 may 2024-cü il tarixində keçirilir. Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur. Həmin nəticələr əsasında abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda cari və növbəti tədris ilində orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, 2023-cü ildə qəbul (buraxılış) imtahanında iştirak edən və imtahanda topladığı balı bu ilki müsabiqə şərtlərini ödəyən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanında iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. İmtahanda iştirak etdiyi halda isə müsabiqəyə hansı imtahanın nəticəsi ilə qatılacağını ixtisas seçimi zamanı özü müəyyən edir. 2023-cü ildəki qəbul (buraxılış) imtahanının nəticəsinə əsasən cari ildə müsabiqədə iştirak etmək istəyənlər elanın 2-ci bəndində göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməlidirlər (etdirməlidirlər).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər.

İxtisas seçimi

İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən (“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan) az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

Tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

BAMF yerli QHT-lərə dəstək məqsədilə yeni layihənin icrasına başlayıb
12:33 04.06.2025
Elçin Əmirbəyovun İspaniyaya işgüzar səfəri: Azərbaycan-İspaniya əməkdaşlığında yeni mərhələ
12:22 04.06.2025
"Azərbaycan beynəlxalq səviyyədə diqqət mərkəzindədir"
12:17 04.06.2025
Azərbaycanda seysmik stansiyaların sayı 88-ə çatıb
11:51 04.06.2025
ABŞ və Azərbaycan enerji əməkdaşlığını genişləndirir: Bakı Enerji Həftəsi çərçivəsində mühüm görüş
10:56 04.06.2025
Beynəlxalq Dekolonizasiya Konfransının iştirakçıları Azərbaycan Dillər Universitetini ziyarət edib
10:39 04.06.2025
Zelenski Ukrayna ordusunda kadr islahatları apardı
10:33 04.06.2025
Edin Dzeko İtaliya klubu ilə razılığa gəldi
10:27 04.06.2025
Atambayevə amnistiya verilə bilər
10:20 04.06.2025
Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd etdi
09:49 04.06.2025
"Macarıstan COP29-u Paris Sazişindən sonra əsas mərhələ hesab edir"
09:42 04.06.2025
"Real Madrid"in futbolçusu həbs oluna bilər
09:25 04.06.2025
DSX-dən Xəzərdə əməliyyat: Üç iranlı saxlanıldı, 24 kq narkotik müsadirə olundu
09:13 04.06.2025
Yer üzündə rekord qıran maqnit qasırğası: 66 saatlıq təhlükəli proses
08:55 04.06.2025
PSJ UEFA-nın sərt cəzası ilə üzləşə bilər
08:49 04.06.2025
Fidan hesab edir ki, Ukrayna danışıqlarında ölkə liderləri də iştirak edəcək
08:41 04.06.2025
Cənubi Corciya təhlükədədir: Buz nəhəngi yaxınlaşır
08:35 04.06.2025
Azərbaycan və Ermənistan nümayəndələri itkin düşmüş şəxslərlə bağlı növbəti görüş keçirdilər
08:20 04.06.2025
Zidan 100 milyon avroluq təklifdən imtina etdi
07:33 04.06.2025
Netanyahu İlham Əliyevə təşəkkür etdi
07:32 04.06.2025
Fransa məhkəməsi Kanak lideri Kristian Teni azadlığa buraxdı
07:02 04.06.2025
"Rusiyaya qarşı yeni sanksiyalar hazırdır"
06:20 04.06.2025
Keniyada Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş rəsmi qəbul təşkil olunub
00:07 04.06.2025
Qalaktikamızın gələcəyi: Böyük toqquşma baş verəcəkmi?
20:53 03.06.2025
Asiya İnkişaf Bankı ilə İqtisadiyyat Nazirliyi arasında yeni layihələr müzakirə olunub
18:58 03.06.2025
Azərbaycanın “yaşıl hidrogen” hədəfləri üçün tələb olunan əlavə enerji gücü müəyyən edilib
17:29 03.06.2025
Prezident İlham Əliyev yeni hakimlər təyin etdi - SİYAHI
17:25 03.06.2025
Dünyanın ən böyük dəmir filizi yatağı kəşf olundu
17:06 03.06.2025
Kölndə Bomba Təhlükəsi Aşkarlandı
16:09 03.06.2025
"Microsoft" daha 300 əməkdaşını ixtisar etdi
16:02 03.06.2025
"Cartier"-in müştərilərinin məlumatları oğurlandı
15:44 03.06.2025
Iki boksçumuz dopinq istifadə etdiyinə görə diskvalifikasiya olunub
15:29 03.06.2025
Ukraynanın "dron inqilabı": Asimmetrik müharibənin gələcəyi necə dəyişir?
15:26 03.06.2025
"Azərbaycan Dəmir Yolları" süni intellektin tətbiqinə hazırlaşır
15:18 03.06.2025
Qohum evlilikləri ilə bağlı qadağa: "Qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar"
15:08 03.06.2025
"Tarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir"
14:52 03.06.2025
Timsah hamilə qadını sürüyüb apardı
14:46 03.06.2025
Ukrayna NATO-nun məlumat mübadiləsi sisteminə qoşuldu
14:25 03.06.2025
Yunanıstan basketbol çempionatı birdəfəlik dayandırıla bilər
14:13 03.06.2025
META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib
13:55 03.06.2025
Hamısı