“Qarabağ”da daha bir ayrılıq gerçəkləşib.
EDnews xəbər verir ki, bu barədə Sportal.az-a məlumat yayıb.
Məlumata görə, kolumbiyalı futbolçu Kevin Medina Ağdam klubu ilə vidalaşıb. Futbolçunun Asiya klublarından biri ilə razılıq əldə etdiyi bildirilir.
“Qarabağ” müqaviləsi davam edən futbolçuya jest edərək onu təzminatsız buraxıb.
Bildirilib ki, Medina indiyə qədər daha yüksək məbləğli təkliflər almasına baxmayaraq, “Qarabağ”da qalmağa üstünlük verib. Lakin hazırkı təkliflə bağlı futbolçunun özü klub rəhbərliyinə müraciət edərək sərbəst buraxılmasını xahiş edib.
Kolumbiyalı futbolçunun klub qarşısındakı xidmətlərini nəzərə alan “Qarabağ” rəhbərliyi onun ayrılığına mane olmayıb.
Qeyd edək ki, Kevin Medina yay transfer dönəmində “Qarabağ”ı tərk edən 5-ci futbolçu olub. Ondan əvvəl Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.

.jpg)
.jpg)
.jpg)



